Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağstafada 139 partlamamış hərbi sursat aşkar edilib

Ağstafada 139 partlamamış hərbi sursat aşkar edilib

Bu il fevralın 20-i Agentlik tərəfindən Ağstafa rayonu, Saloğlu qəsəbəsi ərazisində evlərin, həyətyanı sahələrin və yolların partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi zamanı 139 ədəd müxtəlif növ partlamamış hərbi sursat (PHS) aşkar edilib. Bu barədə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib. Məlumata görə,  Daxili İşlər Nazirliyinin Ağstafa rayon Polis şöbəsinin və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının iştirakı ilə birlikdə baxış keçirilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

21 2019 14:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin