Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tural Gəncəliyev: “Şuşanın Sadıqcan küçəsi işğaldan əvvəl və sonra...”

Tural Gəncəliyev: “Şuşanın Sadıqcan küçəsi işğaldan əvvəl və sonra...”

Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev tvitter hesabında Şuşanın Sadıqcan küçəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından əvvəl və sonrakı görüntüsünü paylaşıb. “ Milli tar ifaçısı  Sadıqcan və Şuşada  onun adına olan küçə işğaldan əvvəl və sonra. (talan edilib və dağıdılıb). Bu kifayət etmirmiş kimi, işğalçı qüvvələr Sadıqcan küçəsinin adını dəyişdiriblər. Bu nə vaxtsa bitəcəkmi?”—deyə o tvitter səhifəsində yazaraq statusunda YUNESKO-nun səhifəsini də etiketləyib. 

Qeyd edək ki,  XIX əsrin II yarısında azərbaycanlı tarzən Mirzə Sadıq (Sadıqcan) tərəfindən tarın quruluş və formasında dəyişikliklər edilmişdir. O, tarın tutma qaydasında da dəyişikliklər edərək onu diz üstündən sinəyə qaldırıb. Məhz onun təkmilləşdirdiyi Azərbaycan tarı Qafqazda və Orta Asiyada geniş yayılıb.

 

Əfsanə BAYRAMQIZI,
"Xalq qəzeti"

21 2019 14:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə