Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan və Böyük Britaniya arasında turizm əlaqələri inkişaf edir

Azərbaycan və Böyük Britaniya arasında turizm əlaqələri inkişaf edir

Dövlət Turizm Agentliyinin  sədri Fuad Nağıyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Dövlət Turizm Agentliyinin mətbuat xidmətindən bildirilib.

Görüşdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri xanım Karol Krofts, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid də iştirak edib.

Görüş zamanı Azərbaycan ilə Böyük Britaniya arasında turizm sahəsində əməkdaşlığın önəmi qeyd olunub, iki ölkə arasında təcrübə mübadiləsi, turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib. Həmçinin tarixi abidələrin turizmə qazandırılması, qorunması  və konservasiyasının turizmin inkişafındakı rolu mövzusunda fikir mübadiləsi aparılıb. 

Fuad Nağıyev Azərbaycanın yeni milli turizm brendinin beynəlxalq təqdimatının ilk dəfə Londonda keçirilən 2018-ci ilin noyabrında Dünya Səyahət Bazarı sərgisində (“World Travel Market-2018”) təqdim olunduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, 2018-ci ildə Böyük Britaniyadan Azərbaycana gələn turistlərin  sayı 29399 nəfər olub.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

21 2019 14:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Avqust 2019 | 16:53
Rəşad haqq dünyasındadır...
23 Avqust 2019 | 16:39
Braziliyada meşə yanğınları
23 Avqust 2019 | 14:47
Dəməşqdə bayram festivalı

Köhnə versiyamızdan xəbərləri izlə