Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

180 il əvvəl qeyd olunan bayram

180 il əvvəl qeyd olunan bayram

Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Bahar bayramının sonu və ilin tam ay ilə ilk gecəsinin başlanğıcını bildirən ənənəvi Çin fənərlər bayramı (Yuan Xiaojie) qeyd olunub.

Konfutsi İnstitutunun müəllimləri qonaqlara 180 il əvvəl qeyd olunmağa başlanan və əsas rəmzi pələng olan bayramın yaranması ilə bağlı əfsanələr barədə məlumat veriblər.

İştirakçılar, həmçinin folklor nümayişləri təşkil edilən fənər festivalı ənənələri - Yangge rəqsi, alovlu əjdaha görünüşündə fənərlə rəqs, şirlərin rəqsi ilə tanış olublar. Qonaqlar müxtəlif çeşidli içliyi ilə düyü unundan böyük toplar formasında hazırlanan şirin bayram yeməyi "yuanxiao"nu dadıblar. Sonra bayramın əsas mərasimi keçirilib. Müxtəlif heyvanlar, çiçəklər və meyvələrə bənzər bir sıra ölçü və şəkillər istehsal edən və əsl sənət əsərləri olan ənənəvi Çin çıraqları işıqlandırılıb. Qonaqlar, həmçinin bayramın ayrılmaz hissəsi sayılan fənərlərə yapışdırılmış tapmacaların cavablarını tapmaqla əyləncəli bir gün keçiriblər.

Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov qeyd edib ki, ənənəvi Çin bayramları məzmunu müxtəlif və rəngarəng, qədim tarixə malik və unikal Çin mədəni irsinin bir hissəsidir. Çinşünas tələbələrin ənənəvi Çin bayramlarında iştirakı onlara Çin etnosunun sosial-mədəni xüsusiyyətlərini daha yaxşı başa düşməyə imkan verir, Çin mədəniyyətinə maraq yaradır və Çin dilini öyrənmə prosesini tamamlayır.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

21 2019 14:23 - TƏHSİL
TƏHSİL
16 Avqust 2019 | 12:00
Təhsil naziri əmr imzaladı

Köhnə versiyamızdan xəbərləri izlə