Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı küçələrində maşınları neçə saxlamaq olar?

Bakı küçələrində maşınları neçə saxlamaq olar?

Bakı Nəqliyyat Agentliyinin (BNA) qanunsuz parklanma ilə bağlı həyata keçirdiyi tərdbirlər nəticəsində paytaxtın bəzi küçə və prospektlərində tıxacın azaldığı müşahidə edilir. Xarici şəhərlərdə gecə saatlarında avtomobillərin birinci zolaqda saxlanmasına icazə verən xüsusi nişanlar qoyulur. Bəs Bakıda necə, bu nişanlardan istifadə edilirmi? BNA-nın mətbuat katibi Mais Ağayev bu sualın cavabında bildirib:

- Kameraların fəaliyyəti nəticəsində nəqliyyat sıxlığını artıran, yolların buraxıcılıq qabiliyyətinə mənfi təsir edən süni amillərin tədricən aradan qalxdığı müşahidə edilir. Parklanmanın daha səmərəli idarə edilməsi məqsədilə nəqliyyat vasitələrinin intensivliyinin buraxıcılıq qabiliyyətindən daha az olduğu yollardakı müvafiq nişanlarda dəyişikliklər edilir.

Bu çərçivədə paytaxtın Azadlıq prospekti, Bülbül, S.Vurğun, D.Əliyeva, R.Behbudov və Ü. Hacıbəyov küçələrində, ümumilikdə, 33 nişan qanunvericiliyin tələbinə uyğun dəyişdirilib. 19 yerdə 3.27 nişanı 3.28 nişanı ilə əvəz edilib. 14 nişanda isə çatışmazlıq aradan qaldırılıb. Dəyişiklik edilən yol nişanlarına onların tələbinin qüvvədə olduğu vaxtla bağlı (07:30-- 20:00) məlumat lövhələri də (7.5.4 yol nişanı) qoyulub.

Mətbuat katibi daha sonra deyib ki, 3.27 və 3.28 nişanlarının tələbinin qüvvədə olmadığı müddətdə nəqliyyat vasitəsinin yolun 2-ci, 3-cü cərgəsində saxlanılması zamanı sürücülərə qarşı inzibati tənbeh tədbirləri görüləcək: “Qanunsuz parklanmaya intellektual nəzarət kameralarının quraşdırılması nəzərdə tutulan yollar da müəyyən müddətdən sonra təhlil ediləcək. Nəqliyyat intensivliyinin artması və azalmasına uyğun olaraq yolun buraxıcılıq qabiliyyətinə əsasən yol nişanlarında dəyişikliklər edilə bilər”.

Xatırladaq ki, qanunsuz parklanmaya intellektual nəzarət sisteminin kameralarının quraşdırılması işləri çərçivəsində ümumilikdə 360 məntəqədə kameraların quraşdırılması planlaşdırılır.

 

Hazırladı: R.TAHİR,
“Xalq qəzeti”

21 2019 14:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə