Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın “Khazar” avtomobili xaricə də ixrac olunacaq

 Azərbaycanın “Khazar”  avtomobili xaricə də ixrac olunacaq

Ötən il "Khazar" Avtomobil Zavodunda 1000-dən çox avtomobil istehsal olunub. İqtisadiyyat Nazirliyindən  verilən məlumata görə, bu barədə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori Neftçala Sənaye Məhəlləsində "Khazar" Avtomobil Zavodu ilə tanışlıq zamanı bildirilib.

Səfirə məlumat verilib ki, avtomobil zavodu sənaye məhəlləsinin ən böyük müəssisəsi və onun rezidentidir. Bu zavod ildə 10 min avtomobil istehsal etmək gücündədir. Müasir texnologiyalar, avadanlıq və mexanizmlər əsasında qurulmuş zavodda "Khazar", "AzSamand" və "Peugeot" avtomobil modelləri istehsal edilir. Artıq zavodda avtomat ötürücü qutusu ilə təchiz olunmuş “Peugeot Khazar” avtomobillərinin istehsalına da başlanılıb. “Khazar” Avtomobil Zavodunda istehsal edilən avtomobillər AVRO-5 və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur. bu avtomobillərin 95 faizi artıq satılıb.

"Khazar" avtomobilləri 2018-ci ilin avqust--sentyabr aylarında Moskvada keçirilən beynəlxalq avtomobil sərgisində nümayiş olunub və böyük maraqla qarşılanıb. Bu avtomobillər “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə də ixrac olunacaq.

 

R.TAHİR,
“Xalq qəzeti”

21 2019 14:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə