Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çin kosmosda orbital elektrik stansiya quraşdıracaq

Çin kosmosda orbital elektrik stansiya quraşdıracaq

Çin alimləri kosmosda günəş enerjisini toplayacaq və lazerin köməyi ilə Yerə ötürəcək orbital stansiya üzərində işləyirlər. Bu barədə milli.az saytı məlumat yayıb.

Artıq Çinin Çunçin şəhərində bu məqsədlər üçün istifadə olunacaq eksperimental bazanın tikintisinə başlanılıb. Yaxın 5 ildə ilk sınaq elektrik stansiyası stratosferə buraxılacaq. Layihəni ölkənin Kosmik Texnologiyalar Agentliyi həyata keçirir. Bu agentlik 2022-ci ildə Çinin xüsusi kosmik stansiyasının quraşdırılmasını da planlaşdırır.

Cari ildə Çinin kosmik proqramlarının həyata keçirilməsinə 8 milyard dollar ayrılıb. Bu, ABŞ-dan sonra dünyada ikinci göstəricidir.

Çinli alimlər bildiriblər ki, yerüstü günəş panellərindən fərqli olaraq, kosmik elektrik stansiya hava, mövsüm və vaxt dəyişikliklərindən asılı olmayaraq, 24 saat ərzində işləyəcək. Çin Kosmik Texnologiyalar Agentliyinin əməkdaşı Pan Çjixao iddia edir ki, yeni texnologiya bütün bəşəriyyət üçün təmiz və tükənməyən enerji mənbəyi olacaq. Onun sözlərinə görə, əsas problem kosmik elektrik stansiyanın həddindən artıq ağır olmasıdır. Bu qurğu hazırda fəaliyyət göstərən Beynəlxalq Kosmik Stansiyadan min ton ağırdır. Bundan başqa, bu cür nəhəng stansiyanın kosmosa göndərilməsi də mürəkkəb texniki vəzifə olacaq. Bu səbəbdən çinli alimlər həmin stansiyanın hissələrlə birbaşa kosmosda quraşdırılması variantını da nəzərdən keçirirlər.

Kosmosda günəş panellərinin quraşdırılması və lazer vasitəsilə Yerə ötürülməsi layihələri ABŞ, Avropa, Hindistan və Yaponiyada da hazırlanır.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

21 2019 13:05 -
21 Avqust 2019 | 10:52
Avstraliya
16 Avqust 2019 | 11:52
Kreditlə Neymar transferi

Köhnə versiyamızdan xəbərləri izlə