Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda dövlət vətəndaş birliyi pozulmazdır

Azərbaycanda dövlət vətəndaş birliyi pozulmazdır

Bu günlərdə “Facebook” sosial şəbəkəsində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun yerləşdirdiyi  “Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları” adlı məqalə cəmiyyətin öndə gedən ekspertləri tərəfindən müzakirə olunur və rəylər bildirilir. Məqalə barədə “Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri,  Arzuman Abdulkərimov da fikirlərini bildirib.

- Öncə diqqəti statusa yönəltmək istəyirəm. Bu məqalənin dünyanın istifadəçi auditoriyası ən öndə olan sosial şəbəkəsində paylaşılması yüksək vəzifəli dövlət adamının internetə, virtual müzakirələrə açıq olmasını göstərir. Bu onu göstərir ki, Azərbaycanı geridə qalmış, diktatura rejimində göstərmək istəyənlər konkret yalan danışırlar.  Yəni sosial şəbəkələrdə ən yüksək vəizfəli məmurlar belə xalqla təmasdadır. Bu bir növ dövlətimizin sosial şəbəkədə fəal olmasını, əhali ilə ünsiyyətdə maraqlı olduğunu sübut edir.  

Professor Əli Həsənov öz yazısında olduqca vacıb məsələlərə diqqət yetirib. Burada ən başlıca məqam ölkəmizi xaosa, anarxiyaya yuvarlamaq istəyənlərə sillə kimi cavabın verilməsidir. Suriyada baş verən qarşıdurmaları Azərbaycana transfer etmək istəyən qüvvələr, xaricdən ölkəmizə yönələ biləcək təhdid və təzyiqlər ardıcıllıqla, yüksək peşəkarlıqla ifşa edilir. Məqalədə xüsusi olaraq Prezident İlham Əliyevin humanizm xatirinə və xalqa xidmət üçün etdiyi islahatları mənfi yöndə təqdim etmək istəyən, qara-piar aparan qüvvələr ifşa edilir. Özlərini müxalifət kimi təqdim edən qüvvələrin, həmçinin AXCP sədri Əli Kərimlinin 19 yanvar mitinqinin ətrafında süni mübaliğə yaratmaları xaricə qaçaraq özünü siyasi mühacir kimi təqdim edən, əslində isə “söyüş dəstəsi” funksiyasını icra eləməkdən başqa heç bir işə yaramayanları, o cümlədən ölkə daxilində “5-ci kolon” qüvvələrini hərəkətə gətirib. Yazıda aydın göstərilir ki, İlham Əliyev hakimiyyətinin qazandığı uğurlar Əli Kərimlini əbədi müxalifət titulunu itirmək təhlükəsi ilə üzləşdirib. İndiki iqtidarın qazandığı uğurlar onları və ətraflarını qrantlardan da məhrum edib. Gülüş doğuran vəziyyət də  odur ki, “Milli Şura” kimi amorf qurum və onun başçıları üç-beş minlik mitinqlə hakimiyyəti qorxutduğunu düşünür. Azərbaycanda dövlət vətəndaş birliyi pozulmazdır. Bu baxımdan, hörmətli professorun fikirlərinə şərik olaraq qeyd etmək istəyirəm ki, yalnız AXCP, Milli Şura kimi ölü təşkilatlar Azərbaycandakı ictimai-siyasi proseslərə heç bir müsbət dinamika gətirə bilməz.

Bu baxımdan, Əli Həsənov haqlı olaraq yazır ki, dövlət başçısı şəhid ailələrinə konpensasiya ödənilməsi ilə bağlı sərəncam imzalayır, minimum əməkhaqlarını 40 fazi artırır, tələbələrin təqaüdlərini yüksəldir, qaçqınlara müasir evlər verir, yeni iş yerləri yaradır, regionları yenidən qurur, sahibkarlara kreditlər verilir... Əli Kərimli və ətrafına yığışan üç-beş nəfər yenə narazıdır. Baxın, qəribə və gülüş doğuran vəziyyət deyilmi ? Şübhəsiz ki, bu, hər bir azərbaycanlını düşündürməlidir ki, əsl həqiqəti görə bilsin.

 

Anar TURAN,
“Xalq qəzeti”

21 2019 12:35 - SİYASƏT
SİYASƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin