Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Arı və arı məhsulları ilə müalicə” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçiriləcək

“Arı və arı məhsulları ilə müalicə” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Məlum olduğu kimi, peşəkar həkim Seyfəddin Əsəd təbii vasitələrlə bir çox xəstəliklərin müalicəsi ilə məşğul olur və yüksək nəticələr əldə edir. Zəli və arıdan istifadə də belə təbii üsullarla müalicədən sayılır. 

Qeyd edək ki, arı və arı məhsulları ilə bir çox xəstəliklərin müalicəsi mövzusunda 22--24 fevral tarixlərində Qazaxıstanda növbəti Beynəlxalq elmi –praktik konfrans keçiriləcək. Və konfransda  Azərbaycanda apiterapiya ilə məşğul olan yeganə mütəxəssis, tanınmış həkim Seyfəddin Əsəd də iştirak edəcək. 

Arı zəhəri və onun məhsullarından istifadə etməklə aparılan müalicə Apiterapiya  (latınca  apis – arı + terapiya) – adlanır. Apiterapiya arı zəhərinin iltihaba və ağrıya qarşı, həmçinin desensibilizasiya təsirinə əsaslanır. Onun təmizlənmiş preparatları daxilə (tablet şəklində) qəbul olunur, dəriyə sürtülür, inhalyasiya edilir. Müəyyən bioloji aktiv nöqtə və zonaları bilavasitə arı sancdıqda, təsiri daha effektiv olur. Apiterapiyadandan nevrologiya, işias, xroniki artrit və artroz, bronxial astma, miqren, ləngsağalan yaralar, tromboflebit, ocaqlı dazlıq və digər bir çox xəstəliklər zamanı istifadə edilir.  

Təbii üsullarla müalicə üzrə peşəkar apiterapevt Seyfəddin Əsəd konfransda  "Apiterapiya endokrinologiyada”, "Apiterapiya nevrologiyada”, " Apiterapiya andrologiyada" və "Apiterapiya Kardiologiya” mövzularında məruzə ilə çıxış edəcək. Bundan başqa o, iki mövzuda - miqren və androloji müalicə metodlarından master-klass keçirəcək. 

Konfransa Rusiya, Qazaxıstan, Ukraynadan  dəvət olunan həkimlər, apiterapevtlər, xalq təbabəti biliciləri təbiətin möcüzəsi olan  bal, arıçılıq məhsulları və arı zəhəri ilə müalicə və reabilitasiya sahəsində əldə etdikləri təcrübələri bölüşəcəklər.

Qeyd edək ki, apiterapiya --arı zəhəri və arı məhsulları ilə mülaicə metodu ilə  Seyfəddin Əsəd bu vaxta kimi arı sancma vasitəsilə bədənə arı zəhəri yeridilməsi və yanaşı olaraq arının 10-dan çox məhsulunu tətbiq etməklə onlarla xəstəni sağaltmışdır.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

21 2019 12:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin