Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanlı gənc həkim Britaniyanın tibb jurnalının qalibi olub

Azərbaycanlı gənc həkim Britaniyanın tibb jurnalının qalibi olub

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Britaniyanın tibbi jurnalı “British Medikal Journal” (BMJ) Learning üzrə müsabiqənin qalibi elan olunub.

Klinik Qərara Dəstək Təlim Təşəbbüsü çərçivəsində keçirilən BMJ qalibi Kliniki Tibbi Mərkəzin bazasında rezidentura təhsilini bu il başa vuran gənc həkim-infeksionist Dr. Hökümə Məmmədova oldu.

H.Məmmədova qalib olaraq 2019-cu ilin mart ayında Şotlandiyanın Qlazqo şəhərində keçirilən Səhiyyədə Keyfiyyət və Təhlükəsizlik üzrə 3 günlük Beynəlxalq Forumda iştirak edəcək.

Müsabiqənin şərti infeksion xəstəliklər üzrə 26 moduldan ibarət kursu tamamlamaq və bu kursun faydası haqqında ingilis dilində video çarx hazırlamaq idi.

Qalib BMJ-nin müsabiqə komitəsi tərəfindən müəyyən olunur. H.Məmmədova Layihə çərçivəsində çıxış əldə etdiyi BMJ Best Practice və BMJ Learning resurslarından aktiv istifadə edir və təcrübəsini sübutlara əsaslanmış tibbi məlumatlar əsasında qurmağa çalışır. O, həmçinin, BMJ-nin “Xəstəlik hadisəsi” məqaləsinin də iştirakçısı olmuş və BMJ-nin onlayrn resursları haqqında təəssüratları ilə bölüşmüş və resurslardan faydalnma imkanları göstərilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

21 2019 12:25 - SƏHİYYƏ
SƏHİYYƏ

Ən son xəbərləri səhifəmizdən də izləyin