Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Lerikdə heyvanlar arasında xəstəliklərə qarşı profilaktik tədbirlər aparılır

Lerikdə heyvanlar arasında xəstəliklərə qarşı profilaktik tədbirlər aparılır

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Dövlət Baytarlıq Xidməti bildirir ki, Lerik Rayon Baytarlıq İdarəsi 2019-cu ilin ilk günlərindən başlayaraq rayonun 1 şəhər və 161 kəndində 23 sahə baytarlıq məntəqəsi vasitəsilə ayrı-ayrı şəxsi təsərrüfatlarda saxlanılan heyvanlar arasında profilaktik peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına start verib.

Hazırda Lerik Rayon Baytarlıq İdarəsi tərəfindən rayonda fəaliyyət göstərən fərdi təsərrüfatlarda xəstəliklər əleyhinə peyvəndləmə tədbiri aparılır. Eləcə də həmin təsərrüfatda olan heyvanlardan bruselyoz xəstəliyinin müayinəsi məqsədilə qan nümunəsi götürülüb.

Ümumiyyətlə, cari ilin tədbirləri başlayandan indiyə kimi rayonun ayrı-ayrı şəxsi təsərrüfatlarında saxlanılan iribuynuzlu, təkdırnaqlı heyvanlarda xəstəliklərə qarşı peyvəndləmə tədbiri aparılır.  

Lerik rayonunda bundan sonra isə ev quşları arasında, xırdabuynuzlu heyvanlarda xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin həssas heyvanlar arasında bruselyoz və epedidimit xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə qoçlardan qan nümunələrinin alınması, iribuynuzlu heyvanlarda vərəmə və atlarda manqo xəstəliklərinə görə müayinələrin aparılması nəzərdə tutulub.

Aparılan tədbirlər çərçivəsində baytar mütəxəssisləri həm də maariflənmə işi apararaq iti yoluxucu xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunmasını tövsiyə edirlər.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

21 2019 12:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin