Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bütün elm və təhsil ictimaiyyəti Prezidentin təqaüdlə bağlə qərarlarını sevinclə qarşıladı.

Bütün elm və təhsil ictimaiyyəti Prezidentin təqaüdlə bağlə qərarlarını sevinclə qarşıladı.

Bu günlərdə tələbə, magistr və doktorantların təqaüdlərinin artırılması dövlət başçısının cəmiyyətin intellektual potensialına yüksək dəyər verməsini və onlara qayğıyla yanaşdığını bir daha təsdiqlədi.

Bu sözləri AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fəlsəfə doktoru Famin Salmanov bildirib. O qeyd edib:

–Azərbaycanda müasir elm və təhsil, xüsusən gənclərlə bağlı siyasətin qlobal miqyasda cağdaş dövrün bu sahələrdə formlalaşan tələblərinə və çağrışlarına adekvat olaraq, cənab prezidentimizin ifasında həmin siyasətin təzahür baxımından müasir modifikasiyaları Azərbaycan elminin və təhlinin gələcəyi üçün həlledici mahiyyət kəsb edir. Necə ki, bu günlərdə cənab Prezidetimiz təhsil və elmi-tədqiqat müəssisələrində fəaliyyət göstərən tələbə, magistr və doktorantların təqaüdlərinin artırılması ilə bağlı çox mühüm bir  sərəncam imzaladı. Şəxsən mən hesab edirəm ki, dövlət başçımız tərəfindən göstərilən bu təşəbbüs yetişməkdə olan gənc nəslin təhlisi, tədqiqatları, eləcə də sosial rifahı üçün böyük stimul formalaşdırır. Həmçinin qeyd etmək istərdim ki, bu addım gənclərimizin elm və təhsilə daha çox adaptasiya olunmasında, keyfiyyət baxımından gələcəyin mütəxəssislərinin hazırlanmasında inkişafı hədəfləyən ölkəmiz üçün çox vacib bir məsələdir. Bütün elm və təhsil ictimaiyyəti Prezidentin bu qərarlarını sevinclə qarşıladı.

 

Anar Əliyev,
“Xalq qəzeti”

21 2019 11:41 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə