Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xırdalanda “Radikal ekstremizmin nəzəri və praktiki qiymətləndirilməsi” mövzusunda dəyirmi masa keçirilib

Xırdalanda “Radikal ekstremizmin nəzəri və praktiki qiymətləndirilməsi” mövzusunda dəyirmi masa keçirilib

Gənc aktivistlərin, tələbələrin və könüllülər iştirak etdikləri toplantını giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev qeyd edib ki, dini radikalizm və ekstremizmə qarşı mübarizədə ən effektiv vasitələrdən biri vətənpərvərlik hissinin gücləndirilməsidir. Vətənpərvərlik hissləri yüksək olan şəxslər dini radikalizm və ekstremizmin təsirinə məruz qalmaz.

Ə.Əmirəliyev gəncləri radikal dini cərəyanların təsiri altına düşməkdən və dini radikalizmdən qorumağın, eyni zamanda, vətənpərvər ruhda tərbiyə olunmalarının vacibliyini qeyd edib. Bildirilib ki, radikalizmin və ekstremizmin təsirinə düşməyin başlıca səbəblərindən biri vətənpərvərlik hissinin zəif olmasıdır. Vətənpərvərlik hissi zəif olan insanlar cəmiyyətdə öz yerlərini tuta bilmirlər. Ona görə gənclər məlumatlandırılmalı, maarifləndirilməli, onlara vətənpərvərlik hissi aşılanmalıdır.

Daha sonra CESD təmsilçiləri Rəşad Həsənov və Əhməd Əlili “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda çıxış edərək Azərbaycanda radikalizm və ekstremizmə qarşı mübarizə çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirlərindən bəhs edib, radikalizmin yayılmasının və gənclərin radikal qrupların təsiri altına düşməsinin qarşısının alınması istiqamətində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıblar.

Mövzu ilə əlaqədar qrup işi keçirildikdən sonra sonra iştirakçılara radikal ekstremizmin və terrorizmin insanlarda yaratdığı hisslər və onları doğuran səbəblər haqqında məlumat verilib.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

21 2019 10:46 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin