Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Abşeron rayon iqtisadiyyatına ümumilikdə 291 milyon manat özəl investisiya cəlb olunub

Abşeron rayon iqtisadiyyatına ümumilikdə 291 milyon manat özəl investisiya cəlb olunub

Ölkə başçısının yerli icra strukturları qarşısında qoyduğu ən mühüm vəzifə - sahibkarlığın inkişafı, özəl investisiyaların daha çox cəlb edilməsi, xüsusilə kənd təsərrüfatı və sənaye istehsalı üçün əlverişli şəraitin yaradılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi Abşeron rayonunda da daim gündəmdə olan məsələlərdəndir. Belə ki, 2018-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon ərazisində və rayona təhkim olunmuş torpaqlarda fəaliyyət göstərən sahibkarlara 28 investisiya layihəsi üçün 23 milyon 458 min manat güzəştli kredit verilib. Nəticədə həyata keçirilmiş bu layihələr üzrə 397 yeni iş yeri yaradılıb.

Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, eyni zamanda, dövlət büdcəsində əsaslı vəsait qoyuluşu xərclərində Abşeron rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə 2 milyon manat vəsait ayrılıb. Bununla əlaqədar Qobu qəsəbəsi ərazisində 0.7 hektar ərazidə xalça istehsalı emalatxanasının tikintisi başa çatdırılaraq istifadəyə verilib. Müəssisədə 160 nəfərin işlə təmin olunması nəzərdə tutulur.

Verilən məlumata görə, ötən il rayon iqtisadiyyatının müxtəlif sahələri üzrə ümumilikdə 291 milyon manat özəl investisiya cəlb olunub və 6209 yeni iş yeri yaradılıb.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

21 2019 10:44 - İQTİSADİYYAT
İQTİSADİYYAT
18 May 2019 | 16:10
Həftəsonu neftin qiyməti

Köhnə versiyamızdan xəbərləri izlə