Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xəzərlə bağlı saziş layihəsinin bir sıra müddəaları razılaşdırılıb

Xəzərlə bağlı saziş layihəsinin bir sıra müddəaları razılaşdırılıb

2019-cu il fevralın 19-20-də Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun (YSİQ) birinci iclası keçirilib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, danışıqlarda Azərbaycan Respublikasının (rəhbəri – Xələf Xələfov), İran İslam Respublikasının (rəhbəri - R. Nəzər Ahari), Qazaxıstan Respublikasının (rəhbəri - Z.Amanjolova), Rusiya Federasiyasının (rəhbəri - I.B.Bratçikov) və Türkmənistanın (rəhbəri – M.G.Atacanov) nümayəndə heyətləri iştirak ediblər.

Tərəflər Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupu üçün Prosedur qaydalarını qəbul etdilər.

İclasda Beşinci Xəzər sammitinin nəticələrinə dair əldə edilmiş razılaşmaların həyata keçirilməsi üzrə fikir mübadiləsini aparılıb, Xəzər dənizində əməkdaşlığın müxtəlif aspektlərini nəzərdən keçirilib, imzalanmış sazişlər üzrə dövlətdaxili proseduraların yerinə yetirilməsi, o cümlədən Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın ratifikasiya prosesi barədə məlumat verilib.

Xəzər dənizində düz çıxış xətlərinin müəyyən edilməsinin metodikası üzrə Saziş layihəsinin müddəaları müzakirə olunaraq, layihənin bir sıra müddəaları razılaşdırılıb. Gələcəkdə bu sənədin müzakirəsi davam etdiriləcək.

Nümayəndə heyətləri danışıqların nəticələrini müsbət qiymətləndiriblər və ilk görüşün yüksək səviyyədə təşkil edilməsi üçün Azərbaycan Respublikasına minnətdarlıqlarını ifadə ediblər.

Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun növbəti iclası 2019-cu ilin aprelində Qazaxıstan Respublikasında keçiriləcək.

 

“Xalq qəzeti”

21 2019 10:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin