Warning: Cannot modify header information - headers already sent by (output started at /var/www/xalqqazeti/public_html/xalqqazeti.com/index.php:81) in /var/www/xalqqazeti/public_html/xalqqazeti.com/index.php on line 106
Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Prezidentinin “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 30 avqust tarixli 185 nömrəli, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 24 dekabr tarixli 232 nömrəli, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 8 fevral tarixli 277 nömrəli və “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 17 iyun tarixli 353 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il  30 avqust tarixli 185 nömrəli, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 24 dekabr tarixli 232 nömrəli, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 8 fevral tarixli 277 nömrəli və  “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 17 iyun tarixli  353 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli və “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2016-cı il 13 yanvar tarixli 725 nömrəli fərmanlarının icrası ilə əlaqədar qərara alıram:
1. “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 185 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 495; 2004, № 1, maddə 19; 2005, № 4, maddə 299) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. üçüncü abzasda “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti” sözləri ilə əvəz edilsin;
1.2. dördüncü abzasda “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin.
2. “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 24 dekabr tarixli 232 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 712; 2014, № 7, maddə 817; 2016, № 10, maddə 1639) 4-cü hissəsinin dördüncü abzasında “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti” sözləri ilə əvəz edilsin.
3. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 8 fevral tarixli 277 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 92; 2003, № 10, maddə 585; 2004, № 1, maddə 24; 2008, № 5, maddə 359; 2009, № 8, maddə 627; 2014, № 5, maddə 477, № 9, maddə 1027; 2015, № 11, maddə 1312; 2016, № 4, maddə 675, № 8, maddə 1384; 2017, № 8, maddə 1521) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. ikinci abzasdan “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin,” sözləri çıxarılsın və həmin abzasa “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin” sözlərindən sonra “, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri əlavə edilsin;
3.2. dördüncü abzasda “onuncu” sözü “üçüncü” sözü ilə, “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin.
4. “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 17 iyun tarixli 353 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 6, maddə 432; 2002, № 8, maddə 478; 2003, № 10, maddə 585; 2004, № 1, maddə 19; 2005, № 4, maddə 299; 2008, № 8, maddə 719) 2-ci hissəsinin dördüncü abzasından “Milli Təhlükəsizlik Nazirliyi,” sözləri çıxarılsın və həmin abzasda “və Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi” sözləri “, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri ilə əvəz edilsin.
 
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 fevral 2019-cu il
20 2019 23:58 - FƏRMANLAR
FƏRMANLAR
17 May 2019 | 23:38
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1999-cu il 14 may tarixli 130 nömrəli, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” 2003-cü il 24 yanvar tarixli 844 nömrəli, “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2005-ci il 14 iyul tarixli 258 nömrəli, “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2007-ci il 5 fevral tarixli 522 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” 2012-ci il 13 fevral tarixli 593 nömrəli, “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın təsdiq edilməsi haqqında” 2012-ci il 8 may tarixli 626 nömrəli, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında” 2012-ci il 29 dekabr tarixli 800 nömrəli və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2015-ci il 13 avqust tarixli 583 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Köhnə versiyamızdan xəbərləri izlə