Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Cəzasız cinayət”

“Cəzasız cinayət”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Xocalı soyqırımı”nın 27-ci ildönümünün keçirilməsi haqqında imzaladığı sərəncama əsasən Muzey Mərkəzinin konfrans zalında Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə 22 fevral saat 12.00-da “Cəzasız cinayət” adlı sənədli filmin təqdimatı, həmçinin həmin adda sərgi açılacaq.

Bakı Dövlət Universitetinin əməkdaşı, İtaliyanın Beynəlxalq ­İqtisadi-Siyasi Araşdırmalar İnstitutunun üzvü Leyla Rəşidin ssenari müəllifi, rejissoru və prodüseri olduğu “Cəzasız cinayət” sənədli filmi 2018-ci ildə Ankarada Beynəlxalq Xocalı Simpozumunda nümayiş olunub. Tarixi-publisistik elmi- kütləvi janrları özündə birləşdirən ekran əsərində Xocalı soyqırımının səbəb və nəticələri göstərilir, tarixi, hüquqi, siyasi, psixoloji aspektləri təqdim olunur.
Elmi siyasi faktlara əsaslanan sənədli filimdə Xocalı soyqırımı 200 ildən bəri erməni şovinistlərinin və onların havadarlarının azərbaycanlılara qarşı törədikləri terror və kütləvi qırğın aktlarının soyqırımı siyasətinin yeni tarixi mərhələsi kimi təqdim edilir. 
Filimdə əsir və girov götürülmüş Xocalı sakinlərini, soyqırımı qurbanlarını öz gözləri ilə görüb qələmə alan xarici jurnalistlərin ifadələri ilə bu faciənin təkcə azərbaycanlılara deyil, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş beynəlxalq cinayət olduğu əsaslandırılır. Lakin bu cinayətin təşkilatçılarının və iştirakçılarının cəzasız qalması beynəlxalq qurumların, eləcədə BMT-nin Təhlükəsizlik Şurasının, Avropa Şurasının hələ də Xocalı soyqırımına hüquqi, siyasi qiymət verməməsi faktı xüsusi vurğulanır.
Filmdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Xocalı cinayət işi üzrə istintaq qrupunun materiallarından, Almaniya Xarici İşlər Nazirliyinin siyasi arxivinin, Türkiyənin ­Başbakanlık Osmanlı ­arxivinin, Hərbi Tarix və Strateji ­Araşdırmalar İdarəsi arxivinin sənədlərindən, xarici ölkə mətbuatından istifadə olunub.
Sərgidə, həmçinin Azərbaycanın tanınmış rəssamları və heykəltəraşları – Xanlar Əhmədovun, Vaqif Ucatayın, Nazim Məmmədovun, Sahib Quliyevin, Vüqar Quliyevin, İslam Abdullayevin, Rahib Qarayevin, Aslan Rüstəmovun, Teymur Rüstəmovun, Mahmud Rüstəmovun, Nəriman Tağıyevin, Ləman Məmmədovanın Xocalı soyqırımına həsr edilmiş 60-a qədər əsəri nümayiş etdiriləcək.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 

 

20 2019 23:44 -

Ən son xəbərləri səhifəmizdən də izləyin