Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyev Beninin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Beninin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 23-də Benin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İssiradjou Gomina İbrahimin etimadnaməsini qəbul edib.
Səfir İssiradjou ­Gomina İbrahim fəxri qarovul dəstəsinin qarşısından keçdi.
İssiradjou Gomina İbrahim etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan ­Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin ­başçısı Azərbaycanla Benin arasında münasibətlərin inkişafı ilə bağlı geniş fikir mübadiləsi aparılmasının zəruriliyini qeyd edərək səfir İssiradjou Gomina İbrahimin Azərbaycanda bununla bağlı səmərəli görüşlər keçirəcəyinə əminliyini ifadə etdi və bildirdi ki, bu baxımdan xalqlarımızın bir-birinə daha da yaxınlaşması, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi önəmlidir.  
Səfir İssiradjou Gomina İbrahim Azərbaycana gəlişindən böyük məmnunluq hissi keçirdiyini qeyd edərək, bundan əvvəlki diplomatik fəaliyyəti dövründə Azərbaycan haqqında məlumatlarla yaxından tanış olduğunu vurğuladı. Səfir Qoşulmama Hərəkatının nazirlər konfransının ölkəmizdə yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, orada iştirak etdiyini bildirdi. İssiradjou Gomina İbrahim  ölkələrimiz arasında təhsil və kənd təsərrüfatı sahələrində əməkdaşlıq üçün yaxşı imkanların mövcud olduğunu qeyd etdi. 
Səfir Azərbaycan Prezidentinə fəaliyyətində yeni-yeni uğurlar və dost Azərbaycan xalqına firavanlıq arzuladı. 
AZƏRTAC

25 2018 00:27 - RƏSMİ XRONİKA
RƏSMİ XRONİKA

Köhnə versiyamızdan xəbərləri izlə