Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi çap məhsullarının satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi çap məhsullarının satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir. 
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini imzalanıb möhürlənmiş, ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün iştirakçılar lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. 
Tenderdə iştirak etmək istəyənlər 200 (iki yüz) manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, H.Əliyev prospekti 152, Çinar plaza, 32-ci mərtəbə (əlaqələndirici şəxs-Ramin İsgəndərovdan, telefon - (+99412) 565-12-72 (daxili 197) nömrəli ünvandan ala bilərlər.
VÖEN- 1404055601 
H/h-AZ58CTRE 00000000000008408201
Dövlət Xəzinədarlıq Agentliyi 
VÖEN- 1401555071 
Kod-210005 
Mh- AZ41NABZ 01360100000000003944 
S.W.I.F.T- CTREAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
• tenderdə iştirak etmək üçün yazılı müraciət;
• tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
• tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
• tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
• Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış; 
• iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
• iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
• iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
• ciddi hesabat blanklarının hazırlanması üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş xüsusi razılığın (lisenziyanın) surəti;
• malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğuna dair məlumat (əsas şərtlər toplusunun “Malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğuna dair məlumat forması”na uyğun olaraq).
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 5 aprel 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 15 aprel 2019-cu il saat 17.00-a qədər Bakı şəhəri, H.Əliyev prospekti 152, Çinar plaza, 32-ci mərtəbədə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 16 aprel 2019-cu il saat 15.00-da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin iclas zalında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

21 2019 03:34 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
20 Avqust 2019 | 10:35
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə