Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi AÇIQ TENDER ELAN EDİR

Tender 3 lot üzrə keçiriləcəkdir.
Lot-1. Bakı şəhərində professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının tikintisi (tibbi avadanlıqlarla təchizatı).
 Lot-2. Maştağa qəsəbəsində 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ərazisində yeni korpusun tikintisi (tibbi avadanlıqlarla təchizatı).
Lot-3. Şəmkir rayonunun Kür qəsəbəsində xəstəxana binasının təmiri, avadanlıqlarla və inventarlarla təchiz olunması (tibbi avadanlıqlarla təchizatı). 
Tenderdə iştirak etmək və əsas şərtlər toplusunu almaq üçün iştirakçılar hər lot üçün 400,00 (dörd yüz) manat iştirak haqqını qeyd olunmuş hesaba köçürdükdən sonra tender sənədlərini Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən (Bakı şəhəri, M.Mirqasımov küçəsi 1a, telefon- 565- 12- 41) ala bilərlər.
Rekvizitlər:
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
VÖEN -1400049171
Adı- Dövlət Xəzinədarlıq Agentliyi 
Kod- 210005
VÖEN- 1401555071
M/h- АZ41NABZ01360100000000003944
S.W.İ.F.T BİK: CTREAZ22
H/h- АZ81CRTE00000000000002128201
Fond - 7, iqtisadi təsnifat - 142340, xəzinə hesab kitabı - 002730
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.
Tender iştirakçıları öz tender təkliflərini əsas şərtlər toplusunun tələblərinə üyğun olaraq iki nüsxədən ibarət hazırlayaraq, ikiqat bağlı zərfdə 11 aprel 2019-cu il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər. Göstərilən vaxtdan sonra təqdim olunan tender təkliflərinə komissiyada baxılmayacaq, zərflər açılmadan geri qaytarılacaqdır. Tender təklifləri və zərflərin bağlanan hissəsi iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir. Zərflərin üzərinə əsli və surəti sözləri qeyd edilməlidir.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İştirakçılar aşağıdakı sənədləri zərfdə 4 aprel 2019-cu il saat ­17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər.
- tender iştirakçısının cari maliyyə vəziyyətinin yaxşılığını və gələcəkdə davamlı olaraq mənfəətlilıyini nümayiş etdirən son 3 ili əks etdirən və auditdən keçirilmiş balans vərəqələri və ya sifarişçini qane edəcək digər maliyyə hesabatları. Tender iştirakçısının ümumi kapitalı ilə ümumi öhdəlikləri arasındakı riyazi fərq müsbət olmalıdır.
- minimal dövriyyə 15 (on beş) milyon manat olmalıdır. Hesablama son 3 (üç) il ərzində cari və ya başa çatdırılmış müqavilələrə əsasən alınmış və təsdiq edilmiş ümumi ödənişlər əsasında aparılır.
- səhiyyə müəssisələrinə avadanlıqların alınması, quraşdırılması və onlara texniki xidmətin göstərilməsi sahəsində minimum 5 (beş) illik iş təcrüəsinin olması vacibdir.
- iştirak haqqının ödənilməsi barədə bank sənədi.
- iddiaçının tam adı, hüquqi statusu, Azərbaycan Respublikasında qeydiyyatı və rekvizitləri;
- iddiaçının vergilərə və digər icbari ödənişlərə dair borcunun olub-olmaması haqqında müvafiq arayış;
- tender təklifi zərflərin açıldığı gündən sonra azı 30 bank günü müddətində qüvvədə qalmalıdır;
Göstərilən sənədlər tələb olunan qaydada hazırlanıb müəyyənləşdirilmiş vaxtda tender komissiyasına təqdim olunarsa, həmin iştirakçılar iddiaçı kimi qeydə alınacaqdır.
Tender təkliflərinin təqdiminin son tarixi 11 aprel 2019-cu il saat 17.00-dır.
Tenderin açılışı 12 aprel 2019-cu il saat 15.00-da olacaqdır.

Tender komissiyası

21 2019 03:32 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
20 Avqust 2019 | 10:35
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə