Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəki Suvarma Sistemləri İdarəsi 2019-cu ildə istismar tədbirləri üçün tikinti materiallarının satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Şəki Suvarma Sistemləri İdarəsi 2019-cu ildə istismar tədbirləri üçün tikinti materiallarının satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot -1. Dəhnə beton kanalında təmir- bərpa işləri üçün tikinti materiallarının satınalınması. 
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üçün 110 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Şəki şəhəri, S.Rəhman küçəsi 25 nömrəli ünvanda yerləşən Şəki Suvarma Sistemləri İdarəsindən (əlaqələndirici şəxs- A.Səmədovdan, telefon-02424-4-33-84) ala bilərlər.
Təşkilat- Şəki SSİ
Şəki YXO
H/h- AZ 03 AİİB 32051019447000201170
VÖEN- 3000104011
(Şəki SSİ 3000103891)
Bank- “Kapital Bank”ın Şəki filialı
Kod- 200703
VÖEN- 9900003611
M/h- AZ37 NABZ 01350100000000001944
S.W.İ.F.T.BİK -AIIBAZ2x
İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifinin dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilində tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 14 mart ­2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 29 mart 2019-cu il saat 18.00-a qədər Şəki Suvarma Sistemləri İdarəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 1aprel 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası 

21 2019 03:31 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
21 May 2019 | 03:05
B İ L D İ R İ Ş
21 May 2019 | 03:05
B İ L D İ R İ Ş
21 May 2019 | 03:04
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə