Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi aşağıdakı lotlar üzrə AÇIQ TENDER ELAN EDİR

Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi  aşağıdakı lotlar üzrə AÇIQ TENDER ELAN EDİR

Tender 7 (yeddi) lot üzrə keçirilir.
 Lot- 1. Mənzil fondunun əsaslı təmirinin satınalınması.
 Lot-2. İşçilərin geyim və s.geyim materialları ilə təmin olunmasının satınalınması.
 Lot-3. Müxtəlif növ avtoehtiyat hissələrinin satınalınması.
 Lot-4. Süpürgələrin satınalınması.
Lot-5. Park və həyətyanı sahələrin abadlaşdırılması üçün tələb olunan malların satınalınması. 
Lot-6. Təsərrüfat materiallarının satınalınması. 
Lot-7. Məhəllə daxili yollara asfalt örtüyünün salınması.
Tenderdə iştirak etmək üçün iddiaçılar hər bir lot üçün 200 manat məbləğdə iştirak haqqını aşağıda göstərilən bank hesabına köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı, Ələsgər Ələkbərov küçəsi 535-ci məhəllədə yerləşən Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyindən
ala bilərlər. 
Əlaqələndirici şəxs- X. Məmmədova, əlaqə telefonu- (050) 445-77-38.
İddiaçılar iştirak haqlarını aşağıdakı hesaba köçürməlidirlər.
Təşkilat-Yasamal rayon MKTB
Hh- AZ34RBTA02330401009440045134 
VÖEN- 1300454321 
Bank-“Rabitəbank “ASC-nin Yasamal filialı
Kod- 508193 
VÖEN- 9900001061 
Mh- AZ61NABZ01350100000000006944 
S.W.I.F.T. RBTAAZ22 
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
– tenderdə iştirak etmək üçün ərizə; 
– tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi; 
– tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır); 
– tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır); 
– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış; 
– iddiaçının son iki ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; 
– iddiaçının son iki il ərzində maliyyə vəziyyəti (dövriyyəsi) haqqında bank arayışı; 
– iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri, mənfəət vergisinin bəyannaməsi; 
– iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatının, tikinti-quraşdırma və xüsusi torpaq işləri ilə bağlı lisenziyasının vacibliyi.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçiriləcəkdir (www.tender.gov.az). 
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 1 aprel 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 8 aprel 2019-cu il saat 17.00-a qədər Bakı, Ələsgər Ələkbərov küçəsi, ­535-ci məhəllədə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 9 aprel 2019-cu il saat 16.00-da Bakı, Ələsgər Ələkbərov küçəsi, 535-ci məhəllədə yerləşən Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

21 2019 03:29 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
21 May 2019 | 03:05
B İ L D İ R İ Ş
21 May 2019 | 03:05
B İ L D İ R İ Ş
21 May 2019 | 03:04
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə