Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin Təcili Yardım Avtobazası 2019-cu ildə Rusiya və digər xarici markalı avtomobillər üçün ehtiyat hissələrinin, idarəyə lazım olan digər mal-materialların, “Mercedes-Benz Vito”, “Mercedes-Benz Sprinter” markalı avtomobillər üçün diaqnostika, ehtiyat hissələrinin bərpası, xətdə texniki xidmət işlərinin və daşınma xidmətinin satınalınması üçün AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi  Bakı Baş Səhiyyə İdarəsinin Təcili Yardım Avtobazası 2019-cu ildə Rusiya və digər xarici markalı avtomobillər üçün ehtiyat hissələrinin, idarəyə lazım olan digər  mal-materialların, “Mercedes-Benz Vito”, “Mercedes-Benz Sprinter” markalı avtomobillər üçün diaqnostika, ehtiyat hissələrinin bərpası, xətdə texniki xidmət işlərinin və daşınma xidmətinin satınalınması üçün AÇIQ TENDER ELAN EDİR

Tender 4 (dörd) lot üzrə keçirilir.
Lot -1. Rusiya və digər xarici markalı ­avtomaşınlar üçün ehtiyat hissələrinin satınalınması.
Lot- 2. İdarəyə lazım olan digər mal və ­materialların satınalınması.
Lot -3. “Mercedes-Benz Vito”, “Mercedes-Benz Sprinter” markalı avtomaşınlar üçün diaqnostika, ehtiyat hissələrinin bərpası, kondisionerlərin təmiri və doldurulması, sayrışan işıqların təmiri və xətdə texniki xidmət işlərinin satınalınması.
Lot- 4. Daşınma (evakuator) xidmətinin ­satınalınması.
 İddiaçılar öz tender təkliflərini bütün vergi və rüsumlar nəzərə alınmaqla hesablamalıdırlar.
 Üstünlük veriləcək meyarlar - ən sərfəli qiymət, yüksək keyfiyyət (orijinal ehtiyat hissələri), “Mercedes-Benz” şirkəti tərəfindən istifadəyə icazəli diaqnostik proqram təchizatı və 24 saatlıq xətdə texniki xidmət işləri, bu sahədə peşəkarlıq, maliyyə imkanları və malların qrafikə uyğun təhvili.
 Potensial imkanları olan iddiaçılar tenderin əsas şərtlər toplusunu Bakı Baş Səhiyyə İdarəsinin Təcılı yardım avtobazasının hesablaşma hesabına hər bir lot üçün 100 manat məbləğdə iştirak haqqını ödədikdən sonra 2019-cu il martın 14-dək Bakı, N.Quliyev küçəsi 5 nömrəli ünvanda əlaqələndirici şəxs A.Cəfərlidən ala bilərlər:
 DXA
Kod- 210005
VÖEN- 1401555071
M/h -AZ41NABZ01360100000000003944
S.W.I.F.T. CTREAZ22
BBSİ Təcili yardım avtobazası
Hh- AZ10CTRE00000000000002128218
VÖEN- 1500247381
Büdcə təsnifatı kodu - 142340
Büdcə səviyyəsi kodu - 7
İştirak haqqı heç bir halda geri qaytarılmır.
 Tenderdə iştirak üçün bütün iddiaçılar aşağıdakı sənədləri hazırlayıb tender komissiyasına təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət (müraciətdə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrəsi, rəhbərin adı və soyadı göstərilməklə imzalanmış və möhürlənmiş olmalıdır);
-iştirak haqqının ödənilməsi barədə sənəd;
-tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim olunur);
-Azərbaycan Respublikasında vergilərə və digər ölənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının tam adı, hüquqi statusu,  nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notariusdan təsdiq edilmiş surəti).
Tenderdə iştirak etmək istəyən iddiaçılar yuxarıda göstərilən sənədlərini bir ədəd əsli, bir ədəd surətini (tender təklifi və tender təklifinin təminatı istisna olmaqla) 2019-cu il martın 14-dən gec olmayaraq təcili yardım avtobazasının tender komissiyasına təqdim etməlidirlər.
İddiaçılar tender təkliflərini bir ədəd əsli,bir ədəd surəti ikiqat zərfə qoyaraq imzalanmış, möhürlənmiş şəkildə 1 aprel 2019-cu il saat 14.00-dək tender komissiyasına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan iddiaçılara qaytarılacaqdır.
Təklif zərfləri 2 aprel 2019-cu il saat 14.00-da təcili yardım avtobazasında açılacaqdır.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq keçiriləcəkdir.
Telefon-541-54-80.

Tender komissiyası

21 2019 03:28 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
20 Mart 2019 | 02:18
MƏTANƏT A
20 Mart 2019 | 02:17
AVROMED
20 Mart 2019 | 02:12
Kapital Bank
20 Mart 2019 | 02:11
B İ L D İ R İ Ş
20 Mart 2019 | 02:11
B İ L D İ R İ Ş

Ən son xəbərləri səhifəmizdən də izləyin