Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kiçik və orta sahibkarlığın vəziyyəti müzakirə edilib

Kiçik və orta sahibkarlığın vəziyyəti müzakirə edilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” və “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə KOBİA-nın əsas icraçısı olduğu tapşırıqlar üzrə yaradılmış işçi qruplarının növbəti iclasları keçirilib.

KOBİA-dan bildirilib ki, iclaslarda İqtisadiyyat Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak edib.

İclaslarda biznes inkubatorların inkişafı, kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin maliyyə savadlılığının artırılması, biznes assosiasiyalarının gücləndirilməsi, sahibkar düşüncə tərzinin və KOS subyektləri arasında biznes tərəfdaşlığının inkişafı, KOS-ların təlim-tədris ehtiyaclarının müyyənləşdirilməsi, eləcə də kənd yerlərində xidmət sahələrinin inkişafı, texnologiyaların tədrisinin genişləndirilməsi üçün araşdırmaların aparılması və müvafiq təkliflərin hazırlanması istiqamətlərində görülmüş işlər, nəzərdə tutulan tədbirlər müzakirə edilib, növbəti dövr üçün hədəflər və fəaliyyət istiqamətləri müəyyən olunub.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

20 2019 17:12 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin