Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın “Doing Business” hesabatında mövqeyi daha da yaxşılaşacaq

Azərbaycanın “Doing Business” hesabatında mövqeyi daha da yaxşılaşacaq

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) KİV-də yayılan məlumatına görə,   Prezident İlham Əliyevin fərman və sərəncamları əsasında son aylar ərzində təkcə “Doing Business” hesabatı üzrə 20-dən artıq islahatın həyata keçirilməsi təmin edilib. Ölkə başçısının siyasəti nəticəsində dünyada “ən islahatçı ölkə” statusuna yüksələn Azərbaycanın növbəti ildə də bu statusu qoruması gözlənilir. Biznes mühitinin əlverişliliyinin daha da artırılması üçün vergi və gömrük islahatları davam etdirilir, onlayn vahid ixrac ərizəsi, yaşıl dəhliz, elektron məhkəmə, elektron satınalma, tikintidə birpəncərə, biznesə başlama, elektrikə çıxış, kreditlərə əlçatarlıq, müqavilələrin icrası və əmlakın qeydiyyatı sahələrində mühüm islahatlar aparılır.

İİTKM əldə olunan nailiyyətləri “İslahat İcmalı”nın xüsusi buraxılışları ilə həm yerli, həm də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır.

İqtisadi islahatların kommunikasiyası çərçivəsində dövlət qurumları ilə yanaşı, beynəlxalq təşkilatlar, sahibkarlar və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə təkcə bu ilin əvvəlində 50-dən çox tədbir keçirilib.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

20 2019 17:09 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin