Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Samux: səyyar görüş səmimiyyəti ilə yadda qaldı...

Samux: səyyar görüş səmimiyyəti ilə yadda qaldı...

Rayon icra hakimiyyətinin başçısı Alı Qocayevin Yuxarı Ağasıbəyli kənd sakinləri ilə növbəti səyyar görüşü öz səmimiyyəti ilə yadda qaldı. İcra hakimiyyətinin başçısı görüşdə elə bir şərait yaratdı ki, adamlar çox rahatlıqla öz problemlərini dilə gətirdilər, kəndin qayğılarından söhbət açdılar, təkliflər irəli sürdülər. Məsələn, kənd sakini Teyyub Rüstəmov elektrik naqillərini yeni özünü daşıyan izolyasiya naqilləri ilə əvəz olunmasını xahiş etdi. Reyhan İsmayılova kənddə yeni uşaq bağçasının tikilməsi təklifini irəli sürdü. Saməddin Verdiyev əkin sahələrinin suvarılması üçün yeni subartezan quyusunun qazılmasına ehtiyac olduğunu dedi.

Yuxarı Ağasıbəyli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi də kənd barədə geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.                

Rayon icra hakimiyyətinin başçısı Alı Qocayev hamını səbrlə, diqqətlə dinlədikdən sonra çıxış etdi və dedi ki, belə görüşlər cənab Prezidentimiz İlham Əliyevin tövsiyəsinə və tapşırıqlarına uyğun olaraq keçirilir. Məqsəd sizin hər birinizin problemləri ilə daha yaxından məşğul olmaq, konkret köməklik göstərməkdən ibarətdir.

İcra hakimiyyətinin başçısı kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərin baxılması üçün aidiyyəti orqanların görüşdə iştirak edən rəhbərlərinə müvafiq tapşırıqlar verdi. Bir sıra məsələlər elə yerindəcə həll olundu.

 

Hamlet Qasımov,
"
Xalq qəzeti"nin bölgə müxbiri

20 2019 17:00 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin