Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fevralın 21-də gözlənilən hava şəraiti

Fevralın 21-də  gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Fevralın 21-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında  gecə 2-5, gündüz 8-11, Bakıda gecə 3-5, gündüz  9-11 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi normadan yüksək 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 , gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında

Fevralın 21-də hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti, yüksək dağlıq ərazilərdə gecə 12-17, gündüz 0-5 dərəcə şaxta təşkil edəcək.

Xəbərdarlıq

Fevralın 21-22-də qərb küləyinin əsasən dağlıq rayonlarda arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.

20 2019 16:34 - EKOLOGİYA
EKOLOGİYA
16 Mart 2019 | 17:47
Xəbərdarlıq
15 Mart 2019 | 13:05
Yaz ağac əkini davam edir
14 Mart 2019 | 11:20
Görüş keçirilib

Ən son xəbərləri səhifəmizdən də izləyin