Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrdə Silahlara Nəzarət inspeksiyası keçirilib

Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrdə Silahlara Nəzarət inspeksiyası keçirilib

Danimarka Krallığının rəhbərlik etdiyi, tərkibində ABŞ, Almaniya, Böyük Britaniya və Çexiyadan nümayəndələrin də olduğu 9 nəfərlik beynəlxalq inspeksiya qrupu tərəfindən Naxçıvan Muxtar respublikasında yerləşən  Əlahiddə Ümumqoşun Orduda "Elan olunmuş yer"in inspeksiyası və qiymətləndirilməsi aparılıb. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə,“Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə”, “Təhlükəsizlik və Etimad Quruculuğu Tədbirlərinə dair Vyana Sənədi” çərçivəsində döyüş tanklarının, zirehli döyüş maşınlarının, çapı 100 mm-dən yuxarı olan artilleriya qurğu və sistemlərinin, döyüş təyyarələrinin və zərbə helikopterlərinin sayı yoxlanılıb, əsgər yataqxanalarına, tibb məntəqələrinə və hərbi hissələrin ərazisindəki digər binalara baxış olub.

İnspeksiyanın sonunda beynəlxalq inspeksiya qrupunun və hərbi hissələrin nümayəndələrinə xatirə hədiyyələri təqdim edilib.

Səfər çərçivəsində qonaqlar muxtar respublikanın tarixi abidələrində, görməli yerlərində və Duzdağ Fizioterapiya Mərkəzində olublar.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti"

20 2019 16:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə