Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tramp Kosmik Qüvvələrin HHQ Nazirliyinin tərkibində yaradılması barədə fərman imzalayıb

Tramp Kosmik Qüvvələrin HHQ Nazirliyinin tərkibində yaradılması barədə fərman imzalayıb

ABŞ prezidenti Donald Tramp ölkənin 6-cı Silahlı Qüvvələri hesab ediləcək Kosmik Qüvvələrin (KQ) fəaliyət parametrləri haqqına fərman imzalayıb.

Prezident Tramp fərmanda Pentaqona ABŞ Konqresinə təqdim edilməsi üçün Kosmik Qüvvələri HHQ-nin tərkibində təsdiq edəcək qanun layihəsi hazırlamağı tapşırıb. O bildirib ki, Kosmik Qüvvələrin yaradılması milli təhükəsizlik sahəsində prioritet istiqamətdir.

Ağ evin saytında bildirilir ki, Kosmik Qüvvələr sputnik sistemləri və “operativ, dayanıqlı hücum və müdafiə xarakterli kosmik əməliyyatların döyüş təminatı” üçün raket buraxılışları ötürücülərinin izlənməsi ilə məşğul olacaq.

Yeni növ Silahlı Qüvvələrin özünün Qərargah Rəisləri Komitəinsinin tərkibinə daxil olan qərargah rəisi olacaq. Bununla KQ prezident tərəfindən təyin olunan və Senat tərəfindən təsdiqlənən HHQ nazirinin tabeliyində mülki şəxs tərəfindən idarə ediləcək.

Beləliklə, yeni növ Silahlı Qüvvələr daha öncə nəzərdə tutulduğu kimi tam müstəqil olacaq. Hadisələrin gedişi göstərir ki, artıq kosmos da Yer, hava, dəniz kimi döyüş meydanına çevrilməkdədir. 

 

“Xalq qəzeti”

20 2019 12:46 - SİYASƏT
SİYASƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin