Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Polietilen torbaların alternativi olan qablaşdırma vasitələrindən istifadə genişləndirilməlidir

15 dəqiqəlik istifadə yüzillərlə bizə zərər verir. Dünyada hər 1 dəqiqədə 1 milyon polietilen torba zibil qutusuna atılır...

Polietilen torbaların alternativi olan qablaşdırma vasitələrindən istifadə genişləndirilməlidir

10-15 dəqiqə istifadə etdiyimiz polietilen torbaların torpaqda tamam yox olması üçün yüz illər lazım gəlir. Bu tullantılarla dənizlər, göllər, meşələr, çaylar çirklənir. Hər birimiz polietilen torbaların, plastik qabların alternativlərindən-şüşə qablardan, parça və ya kağız torbalardan istifadəyə üstünlük verməliyik. Bunu jurnalistlərə açıqlamasında ETSN-nin əməkdaşı Türkən Kərimzadə bildirib.

Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanan və ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı” qarşıya qoyulmuş məqsədə çatmaq üçün bütün maraqlı tərəflərin birgə fəaliyyətini nəzərdə tutur. Bu məqsədlə ilk növbədə həyata keçiriləcək əsas tədbirlərdən biri polietilen torbaların alternativi olan kağız, parça və çox istifadə olunan qablaşdırma vasitələrindən istifadənin genişləndirilməsidir. Bunun üçün polietilen torbaları əvəz edən qablaşdırma vasitələrinin istehsalının genişləndirilməsi və istifadəçilərə təklif edilməsi nəzərdə tutulur.

Türkən Kərimzadə qeyd edib ki, Tədbirlər Planına uyğun olaraq nazirlik tərəfindən plastik qablaşdırma tullantılarının idarə edilməsi üzrə beynəlxalq təcrübə öyrənilir. Böyük Britaniyanın təcrübəsindən yararlanmaq məqsədilə bu ölkədə ezamiyyədə olan  zaman plastik və bərk məişət tullantılarının idarə olunması sistemi, əsasən də plastik tullantıların idarə olunması qaydaları ilə yaxından tanış olduq.  

Plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılması, alternativ qablaşdırma materiallarından istifadənin genişləndirilməsi məqsədilə ETSN tərəfindən təbliğat işləri davam etdirilir. 

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

20 2019 12:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin