Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Peşə hazırlığı kurslarının Almaniya təcrübəsinə uyğun təşkili

Peşə hazırlığı kurslarının Almaniya təcrübəsinə uyğun təşkili

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) nümayəndələri ilə görüş olub. Görüş GİZ-in “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı Proqramı”nın “Peşə təhsilinin və məşğulluğun təşviqi” komponenti çərçivəsində keçirilib.

Toplantıda işsiz və işaxtaran şəxslərin məşğulluq imkanlarının artırılması və əmək bazarına çıxışının asanlaşdırılması məqsədilə Dövlət Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığı və əlavə təhsil kurslarının təşkili sahəsində aparılan işlər diqqətə çatdırılıb. Həmçinin peşə hazırlığı sahəsində Almaniya təcrübəsi barədə məlumat verilib. Müvafiq layihə çərçivəsində işsiz və işaxtaran şəxslər üçün peşə hazırlığı kurslarının Almaniya təcrübəsinə uyğun təşkil edilməsi məsələləri müzakirə olunub.

GİZ tərəfindən 2018-ci il ərzində iqtisadiyyatın kənd təsərrüfatı və turizm sahələri üzrə hazırlanmış 6 modul təlim proqramı üzrə peşə hazırığı kursları müəllimlərinin təliminin təşkili və 2019-cu il ərzində kənd təsərrüfatı üzrə daha 4 modul təlim proqramının hazırlanması nəzərdə tutulur.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti” 

20 2019 12:15 - TƏHSİL
TƏHSİL

Ən son xəbərləri səhifəmizdən də izləyin