Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Uşaqlara özbaşına sakitləşdirici vermək olmaz

Kardioloq: “Körpələrin üzərində təcrübə aparmayın”

Uşaqlara özbaşına sakitləşdirici vermək olmaz

Uşağı həkimə göstərmədən, kiminsə məsləhəti ilə ona hansısa vitamin kompleksi vermək qətiyyən düzgün deyil. Bunu uşaq kardioloqu, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının pediatrik-invaziv kardioloquğ Elşən Rzayev deyir. Həkim bildirir ki, azyaşlıya özbaşına hansısa dərman (lap vitamin olsa belə) vermək onun üzərində təcrübə aparılmasına bənzəyir.

E.Rzayevin sözlərinə görə, , bəzi valideynlər gecələri pis yatan, həddən artıq aktiv olan uşaqları sakitləşdirmək üçün onlara valeryan məhlulu verirlər və bu dərmanın zərərsiz olduğunu düşünürlər: “Körpələri təbii vasitələrlə sakitləşdirməyin tərafdarı deyiləm. Kardioloq tərəfindən müayinə olunmayan uşağa ürək sakitləşdirici dərman vermək  qətiyyən düzgün addım deyil. Əgər uşaqda nevroloji problem müşahidə olunursa, özbaşına müalicə əvəzinə mütəxəssisə müraciət etmək lazımdır.”.

Mütəxəssis bildirir ki, uşaqda əl və ayaq soyuqluğu, dərinin göyərməsinin olması qan dövranının pozulmasına işarədir: “Yəni, ürək hər hansı bir səbəbdən ümumi qan dövranını təmin edə bilmir. Bu halda kardioloji müayinə mütləqdir”.

Kardioloq qeyd edir ki, bəzi vaideynlər uşaqların böyüdükcə ürək döyüntüsünün azalmasından narahatlıq keçirir. Halbuki, bu, normal haldır. Belə ki, uşaq doğularkən ürək döyüntüsü 130-150-dən başlayır. Tədricən uşaq böyüdükcə, yetkinlik yaşına çatdıqda bu göstərici 70-80-ə enir. Odur ki, kardioloq bəzi valideynlərin deyir, ürək döyüntülərinin aşağı olması ilə bağlı narahatlığının əsassız olduğunu deyir.

 

Qəzənfər QASIMOV,
"Xalq qəzeti”

20 2019 12:07 - SƏHİYYƏ
SƏHİYYƏ

Ən son xəbərləri səhifəmizdən də izləyin