Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Roma" filmi BAFTA kinomükafatının qalibi oldu

Londonda BAFTA - Britaniya Film və Televiziya Sənətləri Akademiyası mükafatının əsas nominasiyaları üzrə qaliblərin adları açıqlanıb. Meksikalı rejissor Alfons Kuaronun "Roma" filmi "Ən yaxşı film" kateqoriyası üzrə 1-ci yerə çıxıb. Kuaron isə "Ən yaxşı rejissor" mükafatına yiyələnib.

Yunan rejissor Yorqos Lantimosun "The Favourite" ekran əsəri ən yaxşı Britaniya filmi kimi BAFTA mükafatına sahib çıxıb. Bu filmdə rol alan Oliviya Kolman "Ən yaxşı qadın rolu", Reyçel Vays isə "İkinici ən yaxşı qadın rolu" mükafatlarını qazanıb.

Əfsanəvi sənətçi Freddi Merkurinin həyatından bəhs edən "Bohemian Rhapsody" filmində əsas rol ifaçısı Rami Malek isə "Ən yaxşı kişi rolu" nominasiyasının qalibi olub.

Qeyd edək ki, ümumilikdə 24 nominasiya üzrə qaliblər elan edilib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

20 2019 12:04 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə