Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünyanın ən hündür zirvəsi Everest deyilmiş - Yeni faktlar

Dünyanın ən hündür zirvəsi Everest deyilmiş - Yeni faktlar

Günümüzdə dünyanın ən hündür nöqtəsi Himalay dağlarının Everest zirvəsi hesab edilir.Zirvənin hündürlüyü 8848 metr təşkil edir.

Amma elmi nöqteyi nəzərdən yanaşsaq, Havay adalarındakı Mauna-Kea vulkanı Everestdən də hündürdür. Bu zirvənin hündürlüyü 10.203 metrdir. Bəs niyə Everest ən hündür zirvə sayılır? Məsələ burasındadır ki, Mauna-Kea dağının əsas hissəsi suyun altındadır.

Amma bu məsələyə daha ciddi yanaşsaq və dağların hündürlüyünü Yerin mərkəzindən hesablamağa başlasaq, ən hündür zirvə Çimboraso vulkanı olacaq. Bu dağ Ekvadorda yerləşir. Məsələ burasındadır ki, bizim planetimiz ideal şar deyil, sferik fiqurdur. Onun maksimal radiusu isə ekvatordadır. Bu səbəbdən Çimboraso vulkanı Yerin ən hündür nöqtəsidir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

20 2019 11:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin