Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yanvar ayında 5,9 milyard manatlıq Ümumi Daxili Məhsul istehsal olunub

Yanvar ayında 5,9 milyard manatlıq   Ümumi Daxili Məhsul istehsal olunub

2019-cu ilin yanvar ayında ölkədə 5929,5 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə  2,9 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir.

Dövlət Statistika komitəsindən aldığımız məlumatda bildiriır ki, ÜDM istehsalının 45,9 faizi sənayenin, 10,2 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrinin, 5,6 faizi tikintinin, 7,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 17,2 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 6,4 faizini təşkil etmişdir.

İqtisadiyyatın neft sektorunda istehsal olunmuş əlavə dəyər 3,2 faiz, qeyri-neft sektorunda isə 2,7 faiz artmışdır.

Əhalinin hər nəfərinə düşən ÜDM 601,1 manata bərabər olmuşdur.

 

“Xalq qəzeti”

20 2019 11:47 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin