Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hindistan "Kalaşnikov" avtomatları buraxacaq

Hindistan

Hindistanda "Kalaşnikov" avtomatlarının istehsalı üzrə zavodun yaradılması barədə Rusiya ilə hökumətlərarası razılaşma bu ilin sonunda imzalana bilər. Bu barədə rusiyalı rəsmi Viktor Kaldov "Aero-Hindistan - 2019" sərgisi zamanı deyib.

“Kalaşnikov” konserninin baş direktoru Vladimir Dmitriyev bildirib ki, Hindistanda daha güclü “iki yüz seriyalı” avtomat silahlar istehsal olunacaq. Zavodun yaradılmasına yatırılacaq vəsaitin məbləği, silahların növü barədə məsələlər daha sonra dəqiqləşdiriləcək. Hindistan hazırda silahı istehsal edir. Bizi onun keyfiyyətini yüksəltmək üçün dəvət edirlər. Yeni modifikasiyalı silah AK-203-ə bənzəyəcək.

Hərbi-Texniki Əməkdaşlıq üzrə Fedral Xidmətin direktoru Dmitri Şuqayev bildirib ki, birgə müəssisənin istehsal edəcəyi silahlar üçüncü ölkələrə satıla bilər.

Qeyd edək ki, bu gün Banqalor hərbi-hava bazasında "Aero-Hindistan - 2019" aerokosmik sərgisi öz işinə başlayıb. Sərgi Hindistan hökuməti və Müdafiə Nazirliyinin dəstəyi altında iki ildə bir dəfə keçirilir.

 

“Xalq qəzeti”

20 2019 11:46 - TEXNİKA
TEXNİKA

Ən son xəbərləri səhifəmizdən də izləyin