Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda müxalifətçilik bir çox hallarda milli maraqlarımıza zərbə vuran alət kimi çıxış edir

Azərbaycanda müxalifətçilik bir çox hallarda milli maraqlarımıza zərbə vuran alət kimi çıxış edir

Azərbaycanda müxalifətçilik bir çox hallarda milli maraqlarımıza zərbə vuran alət kimi çıxış edir. Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu qeyd edib ki, hər bir cəmiyyətin siyasi sistemi onun maraqlarını təmin etmək üçün funksional və institusional qurumlar yaratmaqla bunu milli məqsədlərə nailolmanın mexanizmi kimi müəyyənləşdirir. Beləliklə, dövlət dediyimiz sosial təsisat siyasi sistem tərəfindən idarə olunan xüsusi aparata çevrilir: “Bu prosesə cəmiyyəti təşkil edən ən müxtəlif siyasi və ideoloji dünyagörüşü daşıyıcılarının cəlb edilməsi də əslində cəmiyyətin hər bir üzvünü prosesin iştirakçısına çevirməklə onun potensialından milli maraqların həyata keçirilməsində istifadə etmək məqsədi daşıyır. Ancaq hazırkı mürəkkəb tarixi mərhələdə milli dövlətlərin öz maraqlarını müdafiə etməsi çoxsaylı təhdidlərlə üzləşir və hər gün bir az da çətinləşir. Çünki tarixin amansız mübarizəsində hər bir xalq öz maraqlarını qorumalıdır və bu da gərgin rəqabət kontekstində baş tutur. Ona görə də qlobal oyunçular milli dövləti uzun və yorucu rəqabətdə taqətdən salmaq üçün onun öz daxili enerjisindən özünə qarşı istifadə edirlər. Məsələn, ölkədaxili müxalifəti iqtidara qarşı qoymaqla hakimiyyəti zəiflədir və bunu öz maraqlarını təmin etmək üçün bir alətə çevirirlər".

Millət vəkili əlavə edib ki, Azərbaycanın həyata keçirdiyi müstəqil siyasət və aparılan islahatlar ölkəmizi daha da güclü etdiyi üçün bu, rəqiblərimizi ciddi şəkildə narahat edir: "Son aylarda müxalifətin fəallaşması da məhz bu kontekstdə nəzərdən keçirilməli olan məsələdir. Əslində sağlam məntiq onu tələb edir ki, ölkənin inkişafı müxalifəti məmnun etsin, ancaq bizdə bunun tərsi müşahidə olunur. Əldə edilən uğurlar müxalif düşərgəni qıcıqlandırır. Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Müxalifətçilik missiyası və Azərbaycanın maraqları” adlı məqaləsində məhz bu problemi analiz edərək ən son siyasi tariximizdə baş verən hadisələr kontestində belə yanaşmanın səbəblərini çoxsayı arqumentlərlə izah edir. Bəlli olur ki, Azərbaycanda müxalifətçilik bir çox hallarda milli məqsədlərə xidmət edən missiya deyil, tam əksinə, milli maraqlarımıza zərbə vuran alət kimi çıxış edir".

Deputat bildirib ki, doğrudan da Əli Kərimli və onun kimi "xüsusi missiya" yerinə yetirən bir qrup marginalın fəaliyyəti xalqımızın maraqlarına hesablanmış siyasi fəaliyyətdən daha çox bizə qarşı olanların maraqlarının qorunması kimi qiymətləndirilə bilər: “Diqqət etsək, görəcəyik ki, bu müxalifətçilik uğurları qəbul etməyən, milli inkişafa qısqanclıqla yanaşan, xalqın yanında deyil, əgər belə demək mümkündürsə, problemlərin yanında olan müxalifətçilikdir. Ona görə də siyasi aktiv fərdlər tərəfindən dəstəklənməyən, sosial siyasi elektoratı olmayan müxalifətçilikdir. Əgər belə olmasydı, bütün dünyanın təqdir etdiyi inkişafımızı və ölkəmizdə aparılan çoxşaxəli islahatları tənqid yox, təqdir edərdilər. Çünki milli maraqlarımız bunu tələb edir. Düşünürəm ki, bu kimi məqamları professor Əli Həsənov olduqca doğru analiz edərək Azərbaycanda milli maraqlarımız baxımından Prezident İlham Əliyevin siyasətinə alternariv siyasətin olmadığı qənaətinə gəlir və bu məsələdə tamamilə haqlıdır”.

 

"Xalq qəzeti"

20 2019 11:43 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə