Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ebeko vulkanı püskürüb

Ebeko vulkanı püskürüb

Paramuşir adasında (Şimali Kuril adaları, Saxalin vilaləti) yerləşən Ebeko vulkanı püskürüb.

Vulkan külü 2,6 km hündürlüyə qalxıb. Ebeko vaxtaşırı püskürən vulkandır, lava axını olmayıb. Püskürmədən sonra yayılan qatı kül tozuna görə narıncı təhlükə elan edilibvə ərazidə təyyarələrin uçuşu qadağan olunub.

Ebeko vulkanı Şimali Kurilsk şəhərindən 7 km şimal-qərbdə yerləşir. 2012-ci ildə püskürmədən sonra 2016-cı ilə qədər müvəqqəti sükut dövrü olub. 2018-ci ilin avqustunda vulkan külü 7 km yüksəkliyə qalxıb, ətraf ərazilərə kül və xırda daşlar yağıb.

 

"Xalq qəzeti"

20 2019 10:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin