Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Həştərxanda RAGB-nin təşəbbüsü ilə keçirilən “Xəzər-2019 mükafatı” festivalının qalibləri elan edilib

Həştərxanda RAGB-nin təşəbbüsü ilə keçirilən “Xəzər-2019 mükafatı” festivalının qalibləri elan edilib

Həştərxanda hər il keçirilən “Xəzər mükafatı” beynəlxalq gənclik festivalının qaliblərinin mükafatlandırılmasına həsr edilmiş təntənəli mərasim keçirilib. 
“Xəzər mükafatı” festivalı Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Həştərxan regional bölməsinin sədri Elvin Hüseynov tərəfindən Həştərxan Regional Gənclər Agentliyi və vilayət administrasiyasının  dəstəyi ilə 2012-ci ildə təsis edilib. 
Builki festivalda Moskva, Dağıstan və Kalmık Respublikasının nümayəndələri, habelə Xəzəryanı dövlətlərdən qonaqlar iştirak ediblər. Festivalda iştirak etmək üçün 300-dən çox müraciət daxil olub. Xüsusi komissiya həmin müraciətlərdən təqribən 120 nominant seçib. Qaliblər “Astraxan FM” xəbər portalının saytında ümumi onlayn-səsvermə yolu ilə müəyyən edilib. 
Festivalda 31 nominasiya üzrə qaliblər seçilib: milli rəqslər üzrə ən yaxşı layihə, ən yaxşı ifaçı, ilin musiqi qrupu, musiqi sənəti sahəsində ilin kəşfi, ilin aparıcısı, ilin dizayneri, ilin gecə klubu və s. 
2012-ci ildən keçirilən “Xəzər mükafatı” festivalı 2015-ci ildən beynəlxalq status alıb.

 

Fəridə ABDULLAYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

19 2019 23:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin