Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçiriləcəkdir.
Lot- 1. Qəbələ Rayon Mərkəzi Xəstəxanasının tikintisi (2-ci mərhələ, tikintinin davamı).
Tenderdə iştirak etmək istəyən hüquqi şəxslər aşağıdakı zəruri sənədlərə malik olmalıdırlar. 
-tikinti - quraşdırma işlərinin həyata keçirilməsi barədə lisenziya; 
-müəssisənin maddi- texniki bazası və kadr potensialı barədə təsdiq edilmiş məlumat;
-səhiyyə obyektlərinin təmir - tikintisi sahəsində ən azı 3 illik iş təcrübəsi və maliyyə dövriyyəsi (10,0 milyon manatdan az olmamaq şərtilə) haqqında təsdiq edilmiş sənədləri olan müəssisələrə üstünlük veriləcəkdir. 
Tenderdə iştirak etmək və əsas şərtlər toplusunu almaq üçün iştirakçılar Lot üçün 300,00 (üç yüz) manat iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra tender sənədlərini Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən (Bakı şəhəri, M.Mirqasımov küçəsi 1a, telefon- 565- 12- 41) ala bilərlər.
Rekvizitlər:
B1. Benefisiar (alan) bank
Beneficiary Bank
Adı/Name DXA
Kodu/Code 210005
VÖEN/INT 1401555071
M/h Corr.Acc. AZ41NABZ01360100000000003944
S.W.I.F.T./S.W.I.F.T.CTREAZ22
B2. Alan müştəri/ Beneficiary
Adı/Name AR Səhiyyə Nazirliyi
HesabAccount № AZ81CTRE00000000000002128201
VÖEN/INT 1400049171
Fond - 7, maddə -142340
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.
Tender iştirakçıları öz tender təkliflərini əsas şərtlər toplusunun tələblərinə üyğun olaraq iki nüsxədən ibarət hazırlayaraq, ikiqat bağlı zərfdə 28 mart 2019-cu il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər. Göstərilən vaxtdan sonra təqdim olunan tender təkliflərinə komissiyada baxılmayacaq, zərflər açılmadan geri qaytarılacaqdır. Tender təklifləri və zərflərin bağlanan hissəsi iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir. Zərflərin üzərinə əsli və surəti sözləri qeyd edilməlidir.
İştirak haqqı heç bir halda geri qaytarılmayır.
İştirakçılar aşağıdakı sənədləri zərfdə 14 mart 2019-cu il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər.
- tender iştirakçısının cari maliyyə vəziyyətinin yaxşılığı və gələcəkdə ­davamlı şəkildə mənfəətli olduğunu nümayiş etdirən sənədlər və auditdən keçirilmiş balans vərəqələri və ya sifarişçini qane edəcək digər maliyyə hesabatları. Tender iştirakçısının ümumi kapitalı ilə ümumi öhdəlikləri arasındakı riyazi fərq müsbət olmalıdır.
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu, Azərbaycan Respublikasında qeydiyyatı və rekvizitləri;
- iddiaçının vergilərə və icbari ödənişlərə dair borcunun olub-olmaması haqqında müvafiq arayış;
- tender təklifi zərflərin açıldığı gündən sonra azı 30 bank günü müddətində qüvvədə qalmalıdır;
Göstərilən sənədlər tələb olunan qaydada hazırlanıb müəyyənləşdirilmiş vaxtda tender komissiyasına təqdim olunarsa, həmin iştirakçılar iddiaçı kimi qeydə alınacaqdır.
Tender təkliflərinin təqdiminin son tarixi 28 mart 2019-cu il saat 17.00-dır.
Tenderin açılışı 29 mart 2019-cu il saat 15.00-da olacaqdır.

Tender komissiyası

20 2019 02:59 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
17 Avqust 2019 | 02:26
B İ L D İ R İ Ş
16 Avqust 2019 | 12:34
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə