Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2019-cu ildə tibb müəssisələri üçün resept blankları formalarının satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi  2019-cu ildə tibb müəssisələri üçün resept blankları formalarının satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.
Lot – 1. Resept blankları formalarının satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun yuxarıda göstərilən lot üzrə öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat qapalı zərfdə yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləjəkdir: 
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti. 
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Malların təchizatı cədvəli hər ay müəyyən edilmişdir və 2019-cu il dekabrın 31-nə kimi nəzərdə tutulmuşdur.
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.
Tenderlə əlaqədar məlumat almaq istəyənlər əlaqələndirici şəxsə müraciət edə bilərlər.
Əlaqələndirici şəxs- Ş. Nəsirova, telefon- 441-26-03 daxili 141.
Ünvan- Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Bakı, M. Mirqasımov küçəsi 1A.
Maraqlananlar əsas şərtlər toplusunu aşağıdakı məbləğdə işitrak haqqı ödədikdən sonra yuxarıdakı ünvandan ala bilərlər.
İştirak haqqı 200 (iki yüz ) manatdır.
 İştirakçılar iştirak haqqını aşağıdakı ­hesaba köçürməlidirlər.
 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
VÖEN- 1400049171
ADI- Dövlət Xəzinədarlıq Agentliyi
Kod- 210005
 VÖEN-1401555071
M/h- AZ41NABZ01360100000000003944
S.W.İ.F.T BİK: JTREAZ22
H/h- AZ81JTRE00000000000002128201
Fond -7, iqtisadi təsnifat kodu- 142340 (xəzinə hesab kitabı- 002730)
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İştirakçılar tenderdə iştirak etmək üçün 15 mart 2019-cu il saat 11.00-a qədər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tender prosedurunda iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifinin təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır); 
- tender təklifi dəyərinin 1 fazi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- iddiaçının son bir illik maliyyə vəziyyəti barədə bank arayışı;
- iddiaçının hüquqi statusunu təsdiq edən sənədlər- rekvizitləri, qeydiyyat şəhadətnaməsinin, nizamnaməninin və lisenziyanın surəti;
- iddiaçının potensial imkanlarının olması haqqında texniki məlumat;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair öhdəliklərin olub-olmaması haqqında arayış.
İddiaçıların tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır.
Tender təklifləri 2 nüsxədə (əsli və surəti) tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı ilə birlikdə 29 mart 2019-cu il saat 11.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə Bakı, M.Mirqasımov küçəsi 1A nömrəli ünvanda yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təqdim olunmalıdır.
Tender təklifi tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır.
Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim edilir. Bank təminatını tender təklifi zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və qiymətləndirilməyə buraxılmır.
İddiaçıların təklif zərfləri Bakı , M.Mirqasımov küçəsi 1A nömrəli ünvanda yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyində 1 aprel 2019-cu il saat 11.00-da açılajaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştiak edə bilərlər. 

Tender komissiyası

20 2019 02:59 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
20 Mart 2019 | 02:18
MƏTANƏT A
20 Mart 2019 | 02:17
AVROMED
20 Mart 2019 | 02:12
Kapital Bank
20 Mart 2019 | 02:11
B İ L D İ R İ Ş
20 Mart 2019 | 02:11
B İ L D İ R İ Ş

Ən son xəbərləri səhifəmizdən də izləyin