Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəki Şəhər İcra Hakimiyyəti 2019-cu ildə Şəkidə aparılacaq abadlıq, yolların və mənzil fondunun əsaslı təmiri işlərinin satınalınması ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR

Şəki Şəhər İcra Hakimiyyəti 2019-cu ildə Şəkidə aparılacaq abadlıq, yolların və  mənzil fondunun əsaslı təmiri işlərinin satınalınması ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR

Lot – 1. Abadlıq işlərinin satınalınması.
Lot - 2 . Yolların əsaslı təmiri işlərinin satınalınması.
Lot - 3 . Mənzil fondunun əsaslı təmiri işlərinin satınalınması.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə qalmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (forma-1 və forma-2);
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- analoji işlərdə təcrübəsi, iddiaçının potensial texniki və kadr imkanları haqqında rəsmi məlumat;
Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır. 
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçirilməlidir. 
Tikinti işləri ilin sonunadək yerinə yetirilib başa çatdırılmalıdır.
Tenderdə iştirak etmək üçün iddiaçılar 50 (əlli) manat məbləğdə pul vəsaitini aşağıdakı hesaba köçürdükdən sonra əsas şərtlər toplusunu 2019-cu il martın 4-dən tender komissiyasından ala bilərlər. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanır.
Təşkilat Şəki Y.X.O
H/h- AZ03AIIB32051019447000201170
VÖEN- 3000104011
VÖEN- 3000072051-İcra Hakimiyyəti
Bank- “Kapital Bank”ın Şəki filialı
Kod- 200703
VÖEN- 9900003611
M/h- AZ37NABZ01350100000000001944
S.W.İ.F.T.BİK-AIIBAZ2x
İştirak haqqı heç bir halda geri ­qaytarılmır. 
Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- mövcud qanunvericiliyə uyğun olaraq ən səmərəli tender təklifinə, yüksək keyfiyyətə, analoji işlər üzrə təcrübəyə, kadr potensialına, maliyyə və texniki imkanlara.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 12 mart ­
2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatı isə möhürlənmiş ikiqat zərfdə 28 mart 2019-cu il saat 17.00-a qədər Şəki Şəhər İcra Hakimiyyətinə (20 Yanvar küçəsi 8) təqdim etməlidirlər. 
Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla təkliflər sorğusu təklifi ilə birlikdə təqdim olunur. Bank təminatını tender təklifi zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və qiymətləndirilməyə buraxılmır.
İddiaçıların zərfləri 29 mart 2019-cu il saat 11.00-da Şəki Şəhər İcra Hakimiyyətində (3-cü mərtəbə, 1-ci otaq) açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. 
Tender haqqında məlumatları aşağıdakı ünvandan almaq olar.
Əlaqələndirici şəxs- Alxasov Taleh Saleh oğlu.
Əlaqə telefonu- 02424-4-28-70.

Tender komissiyası

20 2019 02:52 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
20 Mart 2019 | 02:18
MƏTANƏT A
20 Mart 2019 | 02:17
AVROMED
20 Mart 2019 | 02:12
Kapital Bank
20 Mart 2019 | 02:11
B İ L D İ R İ Ş
20 Mart 2019 | 02:11
B İ L D İ R İ Ş

Ən son xəbərləri səhifəmizdən də izləyin