Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qusar Suvarma Sistemləri İdarəsi 2019-cu ildə görüləcək cari təmir işləri üçün tikinti materiallarının və maşın-mexanizmlərə ehtiyat hissələrinin satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Qusar Suvarma Sistemləri İdarəsi 2019-cu ildə görüləcək cari təmir işləri üçün tikinti materiallarının və maşın-mexanizmlərə ehtiyat hissələrinin satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir. 
Lot-1. Cari təmir işləri üçün tikinti materiallarının və maşın-mexanizmlərə ehtiyat hissələrinin satınalınması (maddə-221320).
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlata üstünlük veriləcəkdir:
- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetrilməsi, analoji işlərdə təcrübə və malyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər 130 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Qusar şəhəri, Çingiz Qurbanov küçəsi 21 a nömrəli ünvanda yerləşən Suvarma Sistemləri İdarəsindən (əlaqələndirici şəxs-M.Əzizovdan, telefon -0318-5-54-08) ala bilərlər.
Təşkilat -Qusar SSİ 
Bank rekvizitləri
VÖEN-4700132701
“ Kapital Bank”ın Qusar filialı
Kod-200480
VÖEN-9900003611
Mh-AZ37NABZ01350100000000001944
SWİFT BİK-AIIBAZ2X
H/h-AZ17AIIB32051019444800201148
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər.
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı(zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub -olmaması haqqında müvafiq vergi organından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı:
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır(xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 7 mart 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 10 aprel 2019-cu il saat 17.00-a qədər, Qusar şəhəri, Çingiz Qurbanov küçəsi 21a nömrəli ünvanda yerləşən Suvarma Sistemləri İdarəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 11 aprel 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

20 2019 02:52 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
18 May 2019 | 01:18
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə