Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəki Subartezian Quyularının İstismarı İdarəsi 2019-cu ildə istismar tədbirləri üçün mal-materialların satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Şəki Subartezian Quyularının İstismarı İdarəsi 2019-cu ildə istismar tədbirləri üçün  mal-materialların satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot-1.Güc transformatorlarıının və “KTM-4” şkaflarının satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üçün 50 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Şəkinin , Qoxmuq kəndində yerləşən Şəki Subartezian Quyularının İstismarı İdarəsindən (əlaqələndirici şəxs- S.Məmmədovdan, telefon- 02424-5-92-65) ala bilərlər.
Təşkilat-Şəki YXO
Şəki SQİİ
Hh- AZ 03 AİİB 32051019447000201170
VÖEN- 3000104011 (Şəki SQİİ 3000184841)
Bank- “Kapital Bank”ın Şəki filialı
Kod-200703
VÖEN- 9900003611
 Mh- AZ37 NABZ 01350100000000001944
 S.W.İ.F.T.BİK AİİBAZ2x
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;
- iddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçıların son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçıların tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla 1 aprel 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 9 aprel 2019-cu il saat 18.00-a qədər Şəki Subartezian Quyularının İstismarı İdarəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 10 aprel 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

 

20 2019 02:48 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
18 May 2019 | 01:18
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə