Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Son beş ildə 500 min uşaq silahlı münaqişələrin qurbanı olub

Son beş ildə 500 min uşaq silahlı münaqişələrin qurbanı olub

“Uşaqları qoru” beynəlxalq humanitar təşkilatının yaydığı hesabata görə, son 5 ildə dünyanın müxtəlif bölgələrində baş verən silahlı münaqişələr nəticəsində 500 min uşaq öldürülüb. Bu, münaqişə zonalarında hər il 100 min, gündəlik isə 300 azyaşlının həlak olması deməkdir. Bu barədə “Euronews” agentliyi məlumat yayıb.
Hesabata əsasən, Əfqanıstan, Yəmən, Cənubi Sudan, Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası, Suriya, İraq, Mali, Nigeriya və Somali uşaq ölümü hallarının ən çox rast gəlindiyi ölkələr sırasındadır. Məhz bu ölkələr 2017–2018-ci illərdə ən qızğın münaqişə ocaqları olub.
Bildirilir ki, həyatını itirən azyaşlılar təkcə silahlı atışmalar nəticəsində ölənlər deyil. Onların bir çoxu silahlı münaqişə zonalarında hökm sürən aclıq və səfalət, xəstəliklər, tibb müəssisələrinin və müxtəlif dərman, ərzaq qıtlığı nəticəsində ölürlər. 
Hesabatda qeyd edilir: “Ölən uşaqların beşdəbiri 5 yaşına çatmayanlardır. Silahlı münaqişələrin şiddətlənməsi və əhatə dairəsinin genişlənməsi, həmçinin uşaqların hüquqlarının pozulması halları da ölümlərin artmasına təsir edir”.
Təşkilatın hesabatında qeyd olunur ki, uşaqlardan başqa, son beş ildə münaqişə zonalarında 175 min nəfər döyüşçü həlak olub.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

19 2019 22:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin