Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyədən Suriyaya 310 min qaçqın qayıdıb

Türkiyədən Suriyaya 310 min qaçqın qayıdıb

Türkiyənin daxili işlər naziri Süleyman Soylu Suriyanın şimalındakı vəziyyəti şərh edərkən deyib ki, suriyalı qaçqınların bir qismi artıq vətənlərinə qayıdıblar. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Nazir qeyd edib ki, Türkiyə ordusunun son iki il ərzində Suriyanın şimalında uğurla həyata keçirdiyi “Fərat qalxanı” və “Zeytun budağı” hərbi əməliyyatları nəticəsində 312 min qaçqına öz doğma yurduna qayıtmaq nəsib olub. 
S.Soylu vurğulayıb ki, geri qayıdan qaçqın ailələri üçün təhlükə yoxdur. Onun sözlərinə görə, Türkiyə ordusunun Suriyanın şimalında apardığı antiterror əməliyyatları nəticəsində yaradılan zonalarda hazırda sabitlik və təhlükəsizlik hökm sürür. 
Nazir bildirib ki, hazırda Türkiyədə, ümumilikdə, 364 mindən çox suriyalı qaçqın məskunlaşıb. Qonşu ölkələrdən Türkiyə ərazisinə qeyri-leqal yolla daxil olan miqrantlar buradan, adətən, Avropa ölkələrinə getməyə cəhd edirlər. Türkiyədə bu ilin əvvəlindən 6523 qeyri-leqal miqrant aşkar olunaraq həbs edilib. 
Bu arada Suriyanın İdlib şəhərində ağır terror hadisəsinin baş verməsi barədə məlumat yayılıb. Xəbərdə deyilir ki, şəhərdə əhalinin sıx yaşadığı Kusur küçəsində iki minalanmış avtomobilin partladılması nəticəsində 16 nəfər ölüb, 85 dinc sakin yaralanıb. 
İdlib şəhərinin Mülki Müdafiə İdarəsindən “Anadolu”nun müxbirinə bildiriblər ki, İdlibdə baş verən partlayış yanğına səbəb olub. Yanğın tezliklə söndürülüb. 

M.HACIXANLI, 
“Xalq qəzeti” 

19 2019 22:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Avqust 2019 | 16:53
Rəşad haqq dünyasındadır...
23 Avqust 2019 | 16:39
Braziliyada meşə yanğınları
23 Avqust 2019 | 14:47
Dəməşqdə bayram festivalı

Köhnə versiyamızdan xəbərləri izlə