Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ştatlar koalisiyası Donald Trampı məhkəməyə verib

Ştatlar koalisiyası Donald Trampı məhkəməyə verib

Kaliforniyanın baş prokuroru Xavier Becerra Kaliforniya, Kolorado, Konnektikut, Delaver, Havay, İllinoys, Maine, Merilend, Miçiqan, Minnesota, Nevada, Nyu-Cersi, Nyu-Meksiko, Nyu-York, Oregon, Vircinya da daxil olmaqla, ümumilikdə 16 ştatdan ibarət koalisiyanın adından ABŞ Prezidenti Donald Trampın elan etdiyi fövqəladə vəziyyətin ləğv edilməsi ilə bağlı məhkəmə qarşısında iddia qaldırıb. Baş prokuror həmçinin Meksika ilə sərhəddə tikiləcək divarın maliyyələşdirilməsini təcili dayandırmağı tələb edib.
İddiaçıların fikrincə, Donald Tramp Meksika sərhədində fövqəladə vəziyyəti elan etməklə əslində Konqresdən yayınaraq narkotiklərlə mübarizəyə, hərbi quruculuğa və hüquq-mühafizə orqanlarına ayrılan vəsaiti sərhəd divarının tikintisinə yönəltmək məqsədi güdür. Ölkə başçısına qarşı çıxan ştatlar koalisiyası, qanunsuz miqrasiya böhranını bəhanə gətirərək ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edən və bu yolla sərhəd divarının tikintisinə nail olmağa çalışan Amerika liderinin fəaliyyətini “qanunsuz sxem” adlandırıb.
İddiada həmçinin bildirilir ki, ABŞ prezidentinin federal maliyyələşdirmə bölgüsünün dəyişdirilməsinə səlahiyyəti yoxdur, çünki xərclərə Konqres nəzarət edir. 
Fevralın 15-də ABŞ prezidenti bəyan etmişdi ki, Meksika sərhədindəki vəziyyətlə bağlı fövqəladə vəziyyət rejimi tətbiq edəcək. Fövqəladə vəziyyət rejimi isə prezidentə böhranla mübarizə aparmaq üçün geniş səlahiyyətlər verir.
Baş prokuror Xavier Becerra CNN televiziyasına müsahibəsində bildirib ki, iddiaçı ştatlar Donald Trampın qəbul etdiyi bu qərarın, həmçinin, Amerika xalqına və yardım adı altında xarici dövlətlərə ayrılan pulların oğurlanmasının dayandırılması üçün sonadək mübarizə aparacaqlar. 
Yeri gəlmişkən, ABŞ və Meksika arasında divarın tikilməsi ətrafında gedən mübahisələr Birləşmiş Ştatlar tarixində hökumətin ən uzun müddətə öz işini dayandırmasına səbəb olmuşdur. Donald Tramp divarın tikintisinə 5 milyard dollar ayrılmasını tələb etmiş, lakin Konqres yalnız 1,375 milyard dollar ayrılmasına razılıq vermişdi. 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

19 2019 22:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Avqust 2019 | 16:53
Rəşad haqq dünyasındadır...
23 Avqust 2019 | 16:39
Braziliyada meşə yanğınları
23 Avqust 2019 | 14:47
Dəməşqdə bayram festivalı

Köhnə versiyamızdan xəbərləri izlə