Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“British Council” iqtisadçı müəllimlərə ingilis dili öyrədir

“British Council” iqtisadçı müəllimlərə ingilis dili öyrədir

Azərbayc Dövlət İqtisad Universitetində (UNEC) professor-müəllim heyətinin tədris və tədqiqat bacarıqlarının təkmilləşdirilməsi, ingilisdilli ədəbiyyatlara çıxış imkanlarının genişləndirilməsi, pedaqoqların beynəlxalq mübadilə proqramlarında iştirakına şərait yaradılması məqsədilə cari tədris ilinin yaz semestrindən “Akademik İngilis dili” kurslarına start verilib.

Ali məktəbin mətbuat xidmətinin medi üçün açıqlamasında bildirilir ki, bu məqsədlə ölkəmizdə xarici dil tədrisi sahəsində böyük təcrübəsi olan “British Council” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalanmış və universitetin müəllimləri üçün diaqnostika APTIS test imtahanı təşkil olunmuşdur. Fevralın  18- dən APTIS test nəticəsi B1 və yuxarı olan müəllimlər üçün 4 ay müddətinə 96 saat təlimə başlnıb.

Kursların proqramı professor-müəllim heyətinin ixtisas səhələri üzrə akademik ingilis dilində danışma, yazma, dinləmə və oxuma bacarıqlarının təkmilləşdiriməsi məqsədi ilə hazırlanıb.Təlim nəticəsində müəllimlərin nüfuzlu beynəlxalq jurnallarda məqalələr çap etdirmək, mübadilə yolu ilə dünya universitetlərinin tədris fəaliyyətlərində iştirak etmək və muasir ədəbiyyatla tanış olmaq kimi imkanları gerçəkləşdiriləcək.

Müəllimlərin ingilis dili səviyyəsinin yoxlanılması məqsədi ilə kursun sonunda yenidən APTİS imtahanı təşkil olunacaq.

 

R.TAHİR,
“Xalq qəzeti”

19 2019 16:34 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə