Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gəncə: icra hakimiyyətinin başçısı Gülüstan qəsəbəsinin sakinləri ilə görüşüb

Gəncə: icra hakimiyyətinin başçısı Gülüstan qəsəbəsinin sakinləri ilə görüşüb

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gülüstan qəsəbəsinin sakinləri ilə görüşüb. Görüşdə qəsəbədə olan problemlərdən söhbət açılıb, sakinlərin şikayət və təklifləri dinlənilib. Mövcud çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.

Niyazi Bayramov sakinləri salamlayaraq səyyar görüşlərin məqsədindən söz açıb. O bildirib ki, belə görüşlər cənab Prezidentimizin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilir. Məqsəd isə sakinlərin problemləri ilə daha yaxından tanış olmaq, onların tez və operativ şəkildə aradan qaldırılmasını təşkil etməkdir.

Qəsəbə sakinləri öz şikayət və təkliflərini səsləndiriblər. Müraciətlər əsasən torpaq sahəsi ilə təminat, çoxmərtəbəli binaların fasadlarının yenilənməsi, yolların asfaltlanması, gecə işıqlandırılması sisteminin qurulması, həyətlərdə uşaqların istirahəti üçün oyun meydançalarının təşkili ilə bağlı olub.

Bir sıra məsələlər yerindəcə öz həllini tapıb. Bəzilərinin isə araşdırılaraq həll olunması üçün müvafiq tapşırıqlar verilib.

 

Hamlet Qasımov,
"
Xalq qəzeti"nin bölgə müxbiri

19 2019 16:21 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə