Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

UFAZ-da media-tur

UFAZ-da media-tur

Fevralın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) ADNSU-nun İctimai Etimad Şurasının üzvləri və media nümayəndələrinin iştirakı ilə media-tur təşkil olunub. 

Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, İctimai Etimad Şurasının üzvləri - millət vəkili Hikmət Babaoğlu, Sahib Məmmədov, Etibar Əliyev, İlham Şaban, Hacı Nuran və Strasburq Universitetinin professoru Daniel Morvan iştirak edib.

UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əskərov və baş katib Şarlot Payen UFAZ haqqında tədbir iştirakçılarına məlumat verib.  UFAZ-da tədris olunan ixtisaslar, tədris prosesindəki fərqliliklər və üstünlüklər, tələbə kontingenti, qəbul qaydaları və yeni laboratoriyalar haqqında geniş təqdimatla çıxış edən idarə heyəti qonaqları maraqlandıran sualları da cavablandırıb.

Tədbirin davamında Şarlot Payen UFAZ-ın 2019-cu il üçün nəzərdə tutulan daxili və xarici tədbirləri haqqında qonaqlara məlumat verib.

 

Anar TURAN,
“Xalq qəzeti”

19 2019 16:07 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə